• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tbilisidə əməliyyat: müxalif lider tutuldu

  • 23 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Gürcüstan polisinin xüsusi təyinatlı qüvvələri fevralın 23-ü səhər müxalif Vahid Milli Hərəkat Partiyasının paytaxt Tbilisidəki qərargahında əməliyyat keçirib. Novator.az-ın məlumatına görə, partiya sədri Nika Meliya həbs edilib.

Nika Meliyanın həbsinə qərarı fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi çıxarıb. Siyasətçi Tbilisidə 2019-cu il iyunun 20-də keçirilmiş sanksiyasız aksiyanın təşkilində ittiham olunur.

2019-cu il iyunun 20-si Gürcüstan parlamentində keçirilən beynəlxalq tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar tədbiri yarımçıq dayandırıblar.

20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər.

Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda xeyli polis əməkdaşı və mülki şəxs xəsarət alıb.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisi olan İrakli Kobaxidze iyunun 21-də parlament sədri postundan istefa verib.

Nika Meliya bu hadisələrə görə istintaqa cəlb olunub, pul girovu müqabilində sərbəst buraxılıb. Təkrar girov qoymaq tələbindən imtina etdiyi üçün prokurorluq onun istintaq müddətində həbsinə vəsatət verib. Fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi vəsatəti təmin edib, ancaq Nika Meliyanı tutmaq mümkün olmayıb. Tərəfdarları Vahid Milli Hərəkat Partiyasının qərargahında olan siyasətçinin həbsinə imkan verməyiblər.

Fevralın 18-də Gürcüstanın baş naziri Georgi Qaxariya istefa verib. O, istefanı Nika Meliyanın həbsi barədə qərara etirazı ilə əsaslandırıb.

Fevralın 22-də Gürcüstan parlamenti Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurduğu yeni hökumətin tərkibini təsdiqləyib. Hökumətə İrakli Qaribaşvili baş nazirlik edir.

1982-ci il təvəllüdlü İrakli Qaribaşvili Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucularındandır. 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə baş nazir olub, 2019-cu ildən müdafiə naziri postunu tutub.

2012-ci ildə yaradılmış Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.

Partiya 2020-ci ildə iki turda – oktyabrın 31-i və noyabrın 21-də keçirilmiş parlament seçkisini udub, 150 yerlik qanunverici orqanda 90 mandata sahib çıxıb. Hökumət qurmaq üçün 76 mandat kifayətdir.

Əsası 2001-ci ildə qoyulan Vahid Milli Hərəkat Partiyasının qurucusu sabiq prezident Mixail Saakaşvilidir. 2020-ci ilin parlament seçkisində Vahid Milli Hərəkat Partiyasının yaratdığı müxalif “Güc birlikdədir” bloku 36 mandata sahib çıxıb, qalan 24 mandat yeddi siyasi qüvvə arasında bölünüb.

Seçkinin rəsmi nəticələri ilə barışmayan “Güc birlikdədir” bloku və daha dörd müxalif qurum mandatlardan imtina edib.

Mənbə: Sputnik-georgia.ru

Rus deputatın sədrliyi Tbilisini ayağa qaldırdı

Parlament sədri Azərbaycanı təcili tərk edib

Gürcüstan: səlahiyyəti dondurulan polislərin sayı 11-ə çatdı

Qalmaqallı nazir hökumət başçısı olur

Gürcüstanda yeni baş nazir

Baş nazir müxalif liderə görə istefa verib

Qaribaşvili baş nazirliyə qayıdır

Gürcüstan: yeni hökumət rəsmiləşdi

Əsas tərəfdaşlarla ticarət dövriyyəsi

  • 23 Fevral 2021
  • comments

Yeni savaş təhlükəsi?

  • 23 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda