• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yubanmadan…

  • 19 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Milli Elmlər Akademiyasının Tarix İnstitutunda siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi yaradılır.

Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bu yeniliyi 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olmuş Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin siyasətsiz yaşaya bilməməsi kimi qiymətləndirir: “Bir neçə dəfə yazmışam ki, ölkədə siyasi proseslərə kənardan müdaxilənin yeni formaları yarana, ideoloji deyil, başqa ölkələrə birbaşa və ya dolayısı ilə bağlı siyasi təşkilatlar qurula bilər. Yəni artıq Rusiya, Türkiyə və digər regional və qlobal oyunçular siyasətə “yumşaq güclə” qarışacaqlar. Hakimiyyətin sərt və səhv siyasəti nəticəsində ideoloji partiyalar yaranmayıb, şəxslərə bağlı, ölkələrə “azarkeşlik” edən qruplar formalaşıb. Bu gün ərazimizdə rus əsgərinin olması o “azarkeş” kütləsinin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı qüvvəyə güc verir. Sabah cənub qonşumuz da siyasi səhnəyə öz “aktyorlarını” çıxara bilər, buna cəhdlər edəcək.

Digər tendensiyalar da var: cəmiyyətdə haqlı və orqanik olan Türkiyə sevgisini istismar etməyə çalışan “təqlidçilər” peyda olub – içiboş populizm püskürərək guya Türkiyəyə yaxın olacaqlarını düşünürlər.

Eyni məsələ Qərbə də aiddir – bizdə dəyərləri deyil, bayraq rənglərini dəstəkləyən təşkilatlar var.

İllərdir dediyimiz bir məsələnin zamanı yetişib: ölkədə yeni reallığa uyğun siyasi oyun qaydalarına keçilməli, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqabət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın. Bu həm də siyasəti xaricdən getdikcə artacaq “yumşaq güclə” dizayn etmə cəhdlərinin qarşısını ala, əsl dövlətçilik məfkurəsinin möhkəmlənməsinə səbəb ola bilər.

Bunun üçün isə normal bir iqtidar partiyası da yaranmalıdır – YAP partiya deyil. Daha sonra isə proporsional qaydada yeni parlament formalaşmalıdır. Parlamentdə fraksiyaların olması xarici basqıları amortizasiya etmək üçün ən vacib vasitə olacaq. Bu basqılar mütləq artacaq – Qarabağdakı hərbi qələbəni həzm etməyənlər çoxdur, odur ki, yubanmadan yeni, keyfiyyətli siyasi müstəviyə keçmə zamanıdır”.

Təhlükə var

  • 19 Fevral 2021
  • comments

Pay torpağın girovunda

  • 19 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda