• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni diplomatik valyuta: koronavirus peyvəndləri

  • 16 Fevral 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş “Yeni diplomatik valyuta: koronavirus peyvəndləri” adlı məqaləni ingiliscədən çevirərək ixtisarla təqdim edir.

Hazırda koronavirus peyvəndləri dünyada ən çox tələbat duyulan vasitələrdən biridir. Bu səbəbdən peyvəndlər beynəlxalq diplomatiyada yeni valyuta rolunu oynamağa başlayıb. Lazımi imkanları və ya müvafiq təcrübəsi olan ölkələr koronavirus peyvəndlərindən başqa ölkələrlə münasibətlərini yaxşılaşdırmaq üçün istifadə edir.

Peyvənd istehsalında lider olan Hindistan həm dost əlaqələri saxladığı qonşularına, həm də münasibətlərinin soyuq olduğu ölkələrə milyonlarla dozada vaksin paylayır. Bununla da Hindistan vaksin satışını xarici əlaqələrində əsas prinsipə çevirən Çini sıxışdırmağa çalışır.

Birləşmiş Ərəb Əmirlikləri isə öz zəngin neftinə arxalanaraq müttəfiqlərinin adından böyük dozalarda peyvəndlər alır.

Lakin bu strategiya müəyyən dərəcədə risklidir.

Hindistanda və Çində əhalinin sayı çox olduğuna görə bu ölkələrin özlərinə böyük dozalarda vaksin lazımdır. Hər iki ölkədə vaksinasiya prosesinin gedişindən əhalinin narazılığı az olsa da, peyvəndlərin kütləvi şəkildə xaricə satılması və ya ianə olunması vəziyyəti dəyişə bilər.

Nyu-Dehlidə yerləşən Müşahidə-Tədqiqat Fondunun aparıcı elmi işçisi Manoc Coşinin açıqlamasında bu narazılığın simtomunu açıq müşahidə etmək mümkündür. O deyir: “Hindistanda koronavirus can almağa davam edir. Əhali hələ də bu xəstəlikdən qurtula bilməyib. Ona görə əvvəlcə ölkədə peyvəndə olan tələbat ödənilməlidir. Peyvəndlərin xaricə paylanmasına bundan sonra başlansaydı, mən bu addıma haqq qazandıra bilərdim. İndiki vəziyyətdə isə düşünürəm ki, biz özümüzə lazım olanları istifadə etmək yerinə başqalarına verməklə saxta mənəvi üstünlük nümayiş etdiririk”.

Hindistan öz vaksin istehsalı potensialından onunla sərhəddə yerləşən Şri-Lanka, Maldiv adaları, Nepal və digər ölkələrdə Çinin illər uzunu əldə etdiyi siyasi uğurları önləmək üçün yararlanır.

Çin neçə ildir həmin ölkələrə böyük investisiyalar yatırır. Təbəqələşmiş bürokratiyanın hökm sürdüyü və iqtisadi inkişafın zəif olduğu Hindistan isə böyük investisiyalar qoymaqda çətinlik çəkir.

Hindistan son illərdə Çinin təsiri altına daha çox düşmüş Nepala xeyli vaksin dozası göndərib. Nyu-Dehli ilə Pekin arasındakı diplomatik mübarizənin təsirinə məruz qalan Şri-Lanka həm Çindən, həm də Hindistandan peyvənd alır.

Peyvənd ianə edən ölkələr bu təşəbbüsü ABŞ və digər zəngin dövlətlərin dünyadakı ehtiyatları öz əllərində cəmləşdirməyə çalışdığı bir vaxtda həyata keçirir. Nisbətən yoxsul ölkələr isə təşviş içərisində peyvənd tapmağa çalışır. Dünya Səhiyyə Təşkilatı bugünlərdə mövcud vəziyyəti təsvir edərkən dünyanın dəhşətli bir mənəvi uğursuzluğa düçar olduğunu bildirib.

Səhiyyə sisteminin əvvəlki dövrlərlə müqayisədə daha yaxşı sınaqdan keçirildiyi bir çox ölkə təklif etdiyinin qarşılığını almağa can atır və vaksin ianəçiləri peyvəndin qarşılığında mükafat kimi bəzi siyasi üstünlüklər əldə edə bilərlər.

Vaşinqtonda yerləşən Körfəz Beynəlxalq Forumunun icraçı direktoru Daniya Tafer deyir: “Hər hansı ölkənin təhlükəsizliyini təmin etmək üçün qoşun göndərmək əvəzinə bu işi insanları ölümdən qurtarmaqla, iqtisadiyyatın çöküşünün qarşısını almaqla və vaksinasiya prosesinə kömək etməklə də görmək etmək olar”.

Amma rəğbət qazanmaq üçün vaksinlərdən istifadə etmək üsulu heç də həmişə effekt verməyə bilər.

Birləşmiş Ərəb Əmirlikləri peyvəndlənmə prosesini İsraildən sonra ən sürətlə aparan ölkədir. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri Çindən aldığı “Sinopharm” vaksinlərini digər ölkələrə ianə etməyə başlayıb. Birləşmiş Ərəb Əmirlikləri bu yolla həmin ölkələrdə strateji və ya kommersiya üstünlükləri əldə etməyə çalışır.

Ancaq Misirdə bəzi həkimlər Birləşmiş Ərəb Əmirliklərinin göndərdiyi peyvəndlərin istifadəsindən imtina ediblər. Onlar Çinin və Birləşmiş Ərəb Əmirliklərinin vaksin sınaqları barədə verdiyi məlumatlara etibar etmədiklərini bildirirlər.

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük ticarət tərəfdaşlarından olan Malayziyada hökumət ianə kimi təklif olunan 500 min doza peyvənddən imtina edib. Hökumət ölkədəki müvafiq nəzarət orqanlarının “Sinopharm” vaksinini müstəqil şəkildə təsdiqləməli olduğunu bildirib. Nəzarət orqanlarının qərarından sonra isə Malayziya hökuməti ianə kimi təklif olunan “Sinopharm” vaksinini deyil, öz vəsaiti hesabına ABŞ-ın “Pfizer” vaksinini, Britaniyanın “AstraZeneca-Oxford” vaksinini və Çinin “Sinovac” vaksinini alıb.

Mənbə: Nytimes.com

5252 cinayət

  • 16 Fevral 2021
  • comments

Böyük məhkəməyə kimlər çıxarılır?

  • 16 Fevral 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda