Worldometers.info-nun yaydığı statistikaya görə, koronavirus infeksiyası 203 ölkə, ərazi və məkanda 2 milyon 378 mindən çox adamın ölümünə səbəb olub. Qara siyahının ilk üç ölkəsində – ABŞ-da itki sayı 486 min nəfəri, Braziliyada 236 min nəfəri, Meksikada 171 min nəfəri keçib.
Yaxın ölkələr arasında ən çox ölüm Rusiyanın payına düşür: 78687 nəfər.
İranda 58751, Türkiyədə 27187, Ukraynada 24058 koronavirusa qurban gedib.
Digər yaxın ölkələr itki sarıdan belə sıralanır:
Moldova – 3607 nəfər
Gürcüstan – 3321
Ermənistan – 3135
Litva – 3013
Qazaxıstan – 2540
Belarus – 1820
Qırğızıstan – 1439
Latviya – 1416
Özbəkistan – 622
Estoniya – 480
Tacikistan – 90.
Novator.az bildirir ki, fevralın 12-dək Azərbaycanda koronavirus infeksiyasından 3170 xəstə vəfat edib.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirusa ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 2641 xəstə həyatını itirib.
2021-ci ilin yanvarında 491 ölüm rəsmiləşib.
Fevralın ilk 11 günü 38 ölümlə arxada qalıb.