Novator.az rəsmi hesabata istinadla bildirir ki, fevralın 11-dək Azərbaycanda 231509 nəfər koronavirus infeksiyasına yoluxub, 3167 xəstə vəfat edib.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirusa ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 nəfər yoluxub, 2641 xəstə həyatını itirib.
2021-ci ilin yanvarında 11519 yoluxma, 491 ölüm rəsmiləşib.
Fevralın ilk 10 günü 1290 yoluxma, 35 ölümlə arxada qalıb.