• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Unitaz fırçası və göy alt paltarı – Yeni etiraz simvolları

  • 02 Fevral 2021
  • Posted in AktualDünyanın səsiManşetŞərh
0
SHARES
FacebookTwitterPinterest

Son iki həftədə, daha dəqiqi, yanvarın 23-də və 31-də Rusiyada müxalif siyasətçi Aleksey Navalnının azadlığa buraxılması tələbi ilə kütləvi aksiyalar keçirilib.

Bu aksiyalarda diqqət çəkən məqamlardan biri də bəzi etirazçıların əllərində unitaz fırçası və ya göy rəngdə kişi alt paltarı tutmasıdır.

Nədir bunların mənası?

Öncə xatırladaq ki, Aleksey Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Moskvada tutulub, səhərisi gün məhkəmə qərarı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçilib.

2020-ci ilin avqustunda Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı bir ay Almaniyanın paytaxtı Berlinin “Şarite” klinikasında müalicə alıb.

Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini başa vurandan bir müddət sonra Navalnı bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.

Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

2021-ci il yanvarın 17-də vətənə dönərkən Şeremetyevo aeroportunda tutulan, yanvarın 18-də Ximki Şəhər Məhkəməsinin qərarına əsasən şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə barəsində 30 sutka həbs qətimkan tədbiri seçilən Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.

Həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.

Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.

Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.

Beləliklə, yanvarın 23-də faktiki olaraq bütün Rusiya boyu – iri şəhərlərdə və regionlarda etiraz aksiyaları start götürüb.

Novator.az saytı bildirir ki, həftə sonları keçirilən bu aksiyalarda bəzi şəxslərin əllərində unitaz fırçasının olması Navalnının “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” videosunda açıqladığı bir məqamla əlaqədardır.

Videoda Navalnı bildirib ki, 100 milyard rubla (1,36 milyard dollar) başa gələn malikanə üçün xaricdən unitaz fırçaları alınıb və həmin fırçaların birinin qiyməti 700 avrodur.

Bu məsələ xüsusilə sosial şəbəkədə çoxlu sarkastik rəylərin yer almasına və bəzilərinin mitinqlərə əlində fırça çıxmasına səbəb olub. Təbii ki, mitinqçilərin əllərindəki unitaz fırçaları “Putin üçün saray” videosunda deyiləndən qat-qat aşağı qiymətədir.

Göy rəngli kişi alt paltarı isə Navalnının bir başqa açıqlaması ilə bağlıdır. Navalnı iddia edir ki, 2020-ci ilin avqustunda Tomsk şəhərində olanda Rusiya xüsusi xidmət orqanının əməkdaşları gizlicə onun qaldığı oteldə otağına giriblər. Otaqda Navalnın göy rəngdə alt paltarı olub. Siyasətçinin iddiasına görə, həmin alt paltarına “Noviçok” maddəsi səpilib və zəhərlənmə də bundan baş verib.

Hazırda Rusiyada bəzi etirazçıların aksiyalarda nümayiş etdirdiyi göy alt paltarları buna işarədir. Təbii ki, həmin alt paltarları Navalnının geyindiyi alt paltarı deyil, həm də zəhərli deyil.

Rusiyadakı yeni aksiyalar iştirakçıların polislərə qartopu atması, qarın üstündə etiraz şüarları yazması, yaxud şəkil çəkməsi, aksiyalar ərəfəsində gənclərin “TikTok” şəbəkəsində “Məni türməyə salacaqlar” mahnısı oxuyub qısa videolar yayması ilə də diqqət çəkir.







 

Qubad İbadoğlu ABŞ prezidentinə müraciət edib

  • 02 Fevral 2021

Səhvi düzəltmək imkanı

  • 02 Fevral 2021

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya göyü minalamaq istəyir – “Forbes”

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən varlı 10 qadını

comments
ManşetXəbər

Seçki qurumu seçim ərəfəsində

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya göyü minalamaq istəyir – “Forbes”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya göyü minalamaq istəyir – “Forbes”

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən varlı 10 qadını

comments
ManşetXəbər

Seçki qurumu seçim ərəfəsində

comments
Dünyanın səsiManşetXəbər

Sərhəddə gərginlik, Ermənistana xəbərdarlıq

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə əhali

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Peyvənddən imtina edənlər üçün ən təhlükəli an – “Vaşinqton Post”

comments
ManşetŞərh

Natamam hesabat

comments
Dünyanın səsiManşetXəbər

Ukraynaya dəstək çağırışı

comments
ManşetXəbər

Kredit, əmanət, problemli kredit

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

comments
Dünyanın səsiManşetXəbər

Hacıqabuldan Rusiyaya mesaj

comments
Dünyanın səsiManşetXəbər

Rusiya ora 100 mindən çox qoşun yığıb – Jozep Borrel

comments
Dünyanın səsiXəbər

ABŞ-ın Rusiyadakı səfiri məsləhətə gedir

comments
Dünyanın səsiManşetXəbər

Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir

comments
ManşetXəbər

Səbinə Əvəzqızından təşəkkür

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda