Nazirlər Kabineti yanında operativ qərargahın 31 yanvar hesabatına görə, Azərbaycanda koronavirus xəstəliyindən ölənlərin ümumi sayı 3132 nəfərə çatıb.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirusa Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, infeksiyadan ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 2641 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Mart 5, aprel 19, may 39, iyun 150, iyul 235, avqust 86, sentyabr 57, oktyabr 139, noyabr 662, dekabr 1249 ölümlə bitib.
2021-ci ilin yanvar ayında 491 itki olub.