• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir məqaləsində Qarabağın Avropaya təhlükəsindən söz açıb

  • 27 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku “EUobserver” nəşrində dərc etdirdiyi məqaləsində həll olunmamış münaqişələrin təhlükəsindən söz açıb, misal kimi Qarabağı da göstərib.

“EUobserver” – redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən müstəqil internet nəşridir.

Novator.az-ın məlumatına görə, Boqdan Auresku “Avropa Birliyinə qonşu ölkələrdə dondurulmuş münaqişələrin həlli” başlıqlı məqaləsində yazıb ki, Avropa Birliyinin qonşuluğunda xeyli həll olunmamış münaqişə qalıb və bu artıq mövcud siyasi reallığın bir hissəsinə çevrilib.

Münaqişələrin həllini tapmamasının səbəblərindən söz açarkən müəllif xarici qüvvələrin müdaxiləsini, mürəkkəb yerli və geosiyasi maraqları göstərib.

Nazir qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın üzlədiyi münaqişələr istər həmin bölgələrdə, istərsə də daha geniş miqyasda sabitliyi pozmaq üçün xarici oyunçuların əlində bir alətə çevrilib.

Daimi qeyri-sabitliyi tək yaxın qonşuların deyil, Avroatlantik məkanın da təhlükəsizliyi üçün təhdid sayan Boqdan Auresku bildirib ki, bitməyən münaqişələr üzündən Avropa Birliyinin şərqində bir sıra dövlətlər öz əraziləri üzərində süverenlik hüququndan məhrum olub.

Nazir məqaləsində qeyd edib ki, belə ölkələrin xalqları gələcək perspektivlərinin necə süni şəkildə baltalandığını görürlər: “Uzun sürən münaqişələr böhran doğuran zorakılıqlarla müşayiət edilir. Bu yaxınlarda Dağlıq Qarabağda baş verənlər buna misaldır”.

Müəllifin fikrincə, ötən ilin payızında Cənubi Qafqazda – Azərbaycanla Ermənistan arasında alovlanan müharibə Qara dəniz bölgəsində “dondurulmuş münaqişə” adlanan uzunmüddətli qarşıdurmaların necə ciddi problem olduğunu bir daha ortaya çıxarır.

Nazirin sözlərinə görə, Avropa Birliyinin qonşuluğunda həll olunmamış münaqişələr ölkələrin demokratiyaya keçidini yubadır, Avropa və Avroatlantik məkanı gərginlikdə, təhlükə altında saxlayır.

Boqdan Auresku məqaləsində Avropa Birliyini qonşu ölkələrdəki münaqişələrin həllində fəallığa çağırıb. O, vurğulayıb ki, Avropa Birliyi qonşuluq siyasətində yalnız birgə əməkdaşlığı gücləndirməklə konkret nəticələr əldə edə bilər.

Mənbə: Euobserver.com

İllər, problemli kreditlər

  • 27 Yanvar 2021
  • comments

Məzarları köçürmək çağırışı

  • 27 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haradan gəlirlər?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haradan gəlirlər?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda