• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Biz azərbaycanlılara bayraq paylamamışıq” – Pakistanlı nazir

  • 25 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiXəbər

Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi ölkəsinin Azərbaycana dəstəyindən danışıb.

Novator.az-ın məlumatına görə, nazir yanvarın 24-də Pakistanın Pencab əyalətinin Multan şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi daima müttəfiqlik prinsipinə uyğun davranır.

Nümunə kimi xarici işlər naziri ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəni göstərib.

Məhdum Şah Mahmud Qureşi bildirib ki, Pakistan və Türkiyə Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq dəstək verib və 44 günlük savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı təbrik edib.

Nazir bildirib ki, həmin dəstəyi Azərbaycan yüksək qiymətləndirib, Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayraqlarını dalğalandırıblar: “Biz onlara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Şuşa şəhərinin işğaldan azad edildiyi gün – noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

44 günlük müharibədə Azərbaycan 3 min nəfərə yaxın şəhid verib.

Mənbə: Gulf-times.com

Yeni sərəncam, tapşırıqlar

  • 25 Yanvar 2021
  • comments

Koronavirus peyvəndləri cinayətkarların hədəfində ...

  • 25 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya: bir ildə azı 1000 jurnalist didərgin düşüb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Uyğur qərarının əks-sədası – “Vaşinqton Post”

GLOBALS:0
comments
ManşetXəbər

Şəhid zabit və daha iki nəfər təltif edildi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Avroviziya”: yenilənmiş heyət

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Rusiya: bir ildə azı 1000 jurnalist didərgin düşüb

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya: bir ildə azı 1000 jurnalist didərgin düşüb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Uyğur qərarının əks-sədası – “Vaşinqton Post”

GLOBALS:0
comments
ManşetXəbər

Şəhid zabit və daha iki nəfər təltif edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda