• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada etirazlar FOTO/VİDEO

  • 23 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiFotoManşetVideoXəbər

Yanvarın 23-də Rusiyada etiraz aksiyaları strat götürüb.

Paytaxt Moskvada, Sankt-Peterburq, Yekaterinburq, Perm, Vladivostok, Novosibirsk, Yakutsk və bir çox başqa şəhərdə başlanan aksiyaların səbəbkarı müxalif siyasətçi Aleksey Navalnıdır.

Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Moskvada tutulub, səhərisi gün məhkəmə qərarı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçilib.

2020-ci ilin avqustunda Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı bir ay Almaniyanın paytaxtı Berlinin “Şarite” klinikasında müalicə alıb.

Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini başa vurandan bir müddət sonra Navalnı bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.

Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

2021-ci il yanvarın 17-də vətənə dönərkən Şeremetyevo aeroportunda tutulan, yanvarın 18-də Ximki Şəhər Məhkəməsinin qərarına əsasən şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə barəsində 30 sutka həbs qətimkan tədbiri seçilən Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.

Həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.

Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, yanvarın 23-də etiraz aksiyaları keçirməyə səsləyiblər.

Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləmişdi.

Hakimiyyət aksiyaların qarşısını almaq üçün bir neçə gün əvvəldən Navalnın bəzi tərəfdarlarını, ictima-siyasi fəalları həbs etsə də, rejimdən narazı vətəndaşlar yanvarın 23-də bir sıra şəhərlərdə toplaşa biliblər.

Novator.az-ın məlumatına görə, hazırda aksiyalar davam edir, hüquq mühafizə orqanları aksiyaçıları dağıtmağa çalışır.

İndiyədək 350-dən çox etirazçının saxlandığı bildirilir.

Aksiyaların əsas tələbi Navalnının azadlığa buraxılmasıdır.
















Neft Fondunun 43,5 milyard dolları var

  • 22 Yanvar 2021
  • comments

Putin Navalnını azad etsə… – “Nyu-York...

  • 23 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda