2020-ci ildə Azərbaycana 155 ölkədən 795,7 min, 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi gəlib. Hesabatı Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət Statistika Komitəsi yayıb.
Rəsmi açıqlamaya görə, 2020-ci ildə ölkəyə gələnlərin 28,3 faizi Rusiya, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, qalanları başqa ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərdir.
Novator.az bildirir ki, 2019-cu illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının 4,8 dəfə azalaraq 1 milyon 164,6 min nəfər olduğu vurğulanır: “Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiyaya, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər edib”.
Azalmalar koronavirus pandemiyasını cilovlamaq üçün tətbiq olunan məhdudiyyətlərin nəticəsidir.