• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyvəndlər qara bazara ötürülür – “NBC News”

  • 18 Yanvar 2021
  • Posted in AktualDünyanın səsiManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Ötən ilin dekabrından ABŞ-da koronavirus əleyhinə peyvəndlənmə prosesinə başlanıb. Peyvənd ilk növbədə tibb işçilərinə, yaşlılara, xroniki xəstəliklərdən əziyyət çəkən insanlara vurulur. Amma hazırda vaksinlərlə bağlı bir sıra problemlərin ortaya çıxdığı da məlum olub.

Amerika cəmiyyəti koronavirus vaksinlərinin qara bazara ötürülməsindən, varlıların növbə gözləmədən peyvəndlənməsindən, eyni zamanda imkanlı təbəqədən olan uşaqların oxuduğu məktəblərin müəllimlərinin növbədənkənar peyvəndlənməsindən narahatdır.

Novator.az saytının məlumatına görə, ABŞ-ın “NBC News” kanalının yaydığı reportajda deyilir ki, COVİD-19 vaksinlərinin bir hissəsinin qara bazara çıxması haqda ekspertlərin xəbərdarlığı problemin böyüdüyünü göstərir.

Reportajda bildirilir ki, imkanlı təbəqə və siyasətçilər öz geniş əlaqələrindən, pullarından, nüfuzlarından istifadə edərək növbədənkənar peyvənd olunmağa çalışırlar və bəzən buna nail olurlar.

Problemi ictimailəşdirənlərdən biri də ABŞ-ın Nyu-York ştatının qubernatoru Endrü Kuomodur. O, vaksinlərdən qanunsuz istifadə hallarına yol verən tibb işçilərinin lisenziyadan ömürlük məhrum olunacağı xəbərdarlığını edib.

Endrü Kuomo bildirib ki, belə şəxslər təkcə öz peşələri ilə vidalaşmalı olmayacaqlar, həm də federal qanunları pozduqlarına görə 1 milyon dollar məbləğində cərimələnəcəklər.

Qubernator koronavirus əleyhinə vaksinlərin qaydalara uyğun olaraq öncə tibb müəssisələrində çalışanlara və qocalar evində məskunlaşan yaşlı insanlara vurulmalı olduğunu xatırladıb.

“NBC News” kanalının reportajında deyilir ki, Nyu-Yorkun iri maqnatları öz adamlarını Florida ştatına göndərərək qocalar evəri üçün nəzərdə tutulmuş vaksin dozalarını əldə etməyə çalışıblar.

Kolorado ştatında isə imkanlı təbəqədən olan uşaqların oxuduğu təhsil ocaqlarının müəllimləri imkansız uşaqların oxuduğu məktəblərin müəllimlərindən öncə peyvəndlənib. Bu, Koloradoda bir çox müəllimin etirazına səbəb olub. Onlar özlərini təhqir olunmuş hesab etdiklərini dilə gətiriblər.

Koloradonun Denver rayonundakı imkanı zəif məktəblərdən birinin müəlliməsi deyilənləri təsdiqləyib, belə faktların onun və onun kimi digər təhsil işçilərinin heysiyyətinə toxunduğunu söyləyib.

Nyu-York Universitetinin nəzdindəki Qrossman Tibb Məktəbinin bioetika üzrə pedaqoqu Artur Kaplan təbəqələşmədən bəhs edərkən bildirib: “Hamımız bu barədə çox eşidirik. Bəzi siyasətçilərin qocaların, tibb işçilərinin hüquqlarını pozaraq qanunsuz yollarla peyvənd olunduğu barədə məlumatımız var. Hətta eşitmişik ki, bəzi dərman şirkətləri dövlətlə bağladıqları vaksin müqaviləsi bitdikdən sonra qalan dərmanları şəxsi məqsədləri üçün istifadə edəcəklər. Belə çıxır ki, insan həyatını xilas edə biləcək hər nə varsa, hamısı defisit olacaq. Defisit olanda isə qara bazar daha da böyüyəcək”.

Mütəxəssislər federal hökumətin vaksinlərin ünvanlar üzrə paylanmasına, təyinatına uyğun istifadəsinə nəzarət etmək üçün yerli hakimiyyət orqanlarına səlahiyyət verməsini müsbət qarşılayırlar. Amma onlar bu istiqamətdə hələ görüləsi işlərin çox olduğunu vurğulayırlar.

Tibbi yüklərin daşınmasıyla məşğul olan “Dealmed” şirkətinin prezidenti Maykl Eynhorn da artıq qara bazarda iri həcmdə vaksin dövriyyəsinin formalaşdığını təsdiqləyib.

“Transparency İnternational” korrupsiya əleyhinə təşkilatının təmsilçisi Conatan Kuşinq bildirib ki, onlar bu hallarla bağlı cəmiyyəti hələ noyabr ayında xəbərdar etmişdilər.

Mənbə: Nbcnews.com

Pensiyalar nə qədər arta bilər?

  • 18 Yanvar 2021

Təhlükələrdən sığorta

  • 18 Yanvar 2021

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

Rəylər

Do not miss

comments
ManşetXəbər

Vəkilliyə xitam

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Xəbər

Rəsmi partiyaların sayı 56-ya düşür

comments
Dünyanın səsiManşetŞərh

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetŞərh

Qadınlar: parlamentdə və…

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
ManşetTribunaYazarlar

Qaynamayan xətt

comments
ManşetTribunaYazarlar

Hamı inanırdı…

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda