Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yanvarın 14-də 2020-ci ilin yekunlarını açıqlayıb. Jurnalistlərlə video formatında görüşən Vüsal Hüseynov deyib ki, ötən il Azərbaycana gələn əcnəbilərin sayı 2019-cu illə müqayisədə 4 dəfə, olduğu yer üzrə qeydiyyat 4,7 dəfə, ölkədə müvəqqəti yaşayanlar 16 faiz, daimi yaşayanlar 18 faiz, iş icazəsi alanlar 9 faiz azalıb, qaçqın statusu üçün müraciətlər 87 faiz düşüb.
Azalmaların koronavirus pandemiyası üzündən tətbiq edilən məhdudiyyətlərlə bağlı olduğu vurğulanıb.