• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçün qarşısı necə alınacaq?

  • 11 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Yanvarın 6-da hökumət üzvləri ilə müşavirə keçirən prezident İlham Əliyev məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlara qayıtması məsələsinə toxunub: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”.

Dövlət başçısının sözləri köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdıb-qayıtmayacağı müzakirələrinə yol açıb. Novator.az-ın məlumatına görə, müzakirələri şərh edən iqtisadçı Rövşən Ağayev yazır ki, hətta bir ailənin belə öz yurduna sahib çıxmamağı, mülkiyyət hüququndan imtinası inandırıcı deyil: “Yalnız həyatdan köçmüş, vərəsəsi qalmayan ailələr istisnadır. Çünki onların adından mülkiyyət hüququna, köhnə yurduna iddia edən olmayacaq. Bəlkə də bu siyahını dəqiqləşdirmək daha məntiqlidir – gələcək mənzil tələbatını öyrənmək baxımından.

İnsanlar öz yurdlarına mütləq gedəcək. O başqa məsələ ki, beyləqanlıların, qubalıların, lənkəranlıların neçə faizi son 25 ildə öz kənd-kəsəyindəki evini qıfıllayıb iş-güc, keyfiyyətli təhsil və səhiyyə, kommunal xidmətlər üçün Bakıya gəlibsə, qubadlılıların da həmin faizi gələcək. Yaşayış üçün əlverişli şərait olmayacaqsa.

Müasir dünyada insanları təkcə iş və çörəklə məkana bağlamaq çətindir. Sosial həyat çox önəmlidir, xüsusən gənclər üçün.

Tutaq ki, sorğu keçirdik və 100 faiz nəticə çıxdı ki, hamımız qayıdırıq. Hamı öz bərpa olunmuş yurduna sahib çıxdı, amma 2-3 il sonra yenə dolanışıq üçün əyalətdən paytaxta köç başladı. Bunun qarşısı necə alınacaq? Hökumət camaatla müqavilə bağlayacaq ki, ən azı 10 il paytaxta işləməyə gedə bilməzsiniz?

Hazırda Bakıda və ətrafında bölgələrdən gəlmiş və qeydiyyatsız yaşayan 1,5 milyon nəfərə yaxın insan var. Bundan ən yaxşı halda 400-450 min nəfəri Qarabağ köçkünləridir. Yerdə qalan az qala 1 milyon nəfər ölkənin digər regionlarından miqrasiya etmiş insanlarımızdır”.

1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı əraziləri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın, Ağdərə bölgələrinin bir çox qəsəbəsi və kəndi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını Azərbaycana qaytarıb.

Yaşıl meydanlarda

  • 11 Yanvar 2021
  • comments

Hansı ölkələrdə vaksinasiya gedir? – “Bloomb...

  • 11 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda