Yanvarın 8-i Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Vətən müharibəsi iştirakçıları və qaziləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd müharibə iştirakçılarını və qaziləri tarixi qələbə münasibətilə təbrik edib, göstərdikləri şücaətlərə görə onlara minnətdərlıq bildirmək olub.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP-ın Nərimanov rayon təşkilatının, rayonun Gənclər və İdman İdarəsinin nümayəndələri, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyeva, şəhid Əhmədağa İskəndərovun atası Novruz İskəndərov, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak edib.
Görüş zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunmasında milli ordunun və əsgərlərin qəhrəmanlıqlarından, dövlətin Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı və dəstəyindən danışılıb. Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən qayğı və diqqətə görə təşəkkür ediblər.