• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlin proqnozları – “Forbes”

  • 05 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Danimarkanın ən böyük bankı olan “SaxoBank” hər yeni ildə dünyada xüsusilə maliyyə, iqtisadiyyat sahələrində baş verə biləcək mühüm hadisələrə dair proqnozlar təqdim edir, bu proqnozlar ABŞ-ın məşhur “Forbes” jurnalında dərc olunur.

Novator.az saytının məlumatına görə, “Forbes” jurnalı “SaxoBank”ın 2021-ci ilə aid proqnozlarını yayıb. Jurnal proqnozların bir ehtimal olduğunu xatırlatsa da, investorların onları təhlil etməsinin vacibliyini də vurğulayıb: “Çünki həqiqət çox vaxt ağlagəlməz yerdə gizlənir”.

“SaxoBank”ın “Forbes”də işıq üzü görən 10 əsas proqnozu belədir.

1. ABŞ-ın “Amazon” şirkəti daha da genişlənəcək. Şirkət daha yüngül vergi öhdəliklərinə boyun olmaq üçün özünün Avropa qərargahını Kipr adasında yerləşdirəcək. “Amazon” bununla faktiki olaraq yunan Kiprini satın alacaq. Şirkət özünə sərfəli şərait yaratmaq üçün Kipr Respublikasını vergi qanunvericiliyini dəyişməyə sövq edəcək. Kipr “Amazon”un şərtlərini qəbul edəcək, çünki bu, ölkəyə xeyli qazanc gətirəcək. Avropalılar buna cavab olaraq vergitutmanı vahid məxrəcə salacaq, eyni zamanda tarifləri endirəcək.

2. Almaniya Fransanın koronavirusun təsiri nəticəsində boşalan xəzinəsini doldurmaqla onu xilas edəcək. Fransanın borcu (ÜDM-in 140%-i) Almaniyadan (ÜDM-in 70%-i) iki dəfə çoxdur, bankları isə iflasa uğraya bilər. Fransa Avropa Mərkəzi Bankından maliyyə dəstəyi almaq üçün Almaniyadan icazə istəyəcək. Almaniya özü də sistemli böhran yaşamamaq üçün buna razılıq vermək məcburiyyətində qalacaq.

3. Saxta xəbərlərin sayı texnoloji bloklama, süzgəc mexanizmi sayəsində sıfır həddinə düşəcək. İnformasiya qurumları, hökumətlər və müəssisələr nəhəng sosial şəbəkələri xəbərləri süzgəcdən keçirib yaymağa məcbur etmək üçün birləşəcək. Nəticədə sosial şəbəkələrin tətbiq etdiyi süzgəclər daha düzgün faktların yayılmasına meydan açacaq.

4. Çin stabil kriptovalyuta – rəqəmli yuan buraxacaq və bu ona sərmayəçiləri cəlb etməyə imkan verəcək. İnvestorlar bunu Cin bazarının əlçatan olması kimi dəyərləndirib təklifi müsbət qarşılayacaqlar. Potensial Cin-ABŞ müharibəsinin yeni mərhələsində Amerika dolları belə bir rəqabətlə üzləşməli olacaq.

5. Texnologiyalar ekoloji cəhətdən təmiz enerjinin inkişafına təkan verəcək. Hər evin enerji təhcizatında müstəqil olması strategiyası güclənəcək. Bazarda ayrı-ayrı fərdlərin bu enerjini almaq imkanı olacaq. Nəticədə ailələr özlərini müstəqil şəkildə enerji ilə təmin etməyə başlayacaqlar. Bu proses külək dəyirmanlarından imtinaya gətirib çıxaracaq.

6. İş yerlərinin sayı azalacaq, amma məhsuldarlıq elə yüksək olacaq ki, hamıya qeyd-şərtsiz maaş ödəmək mümkün olacaq. Bu proses həm də şəhərlərə axını azaldacaq.

7. Koronavirus əleyhinə vaksinasiya inflyasiya yaradacaq. İqtisadiyyatın bərpası qaçılmaz olacaq və bu, ajiotaja, ardınca inflyasiyaya gətirəcək. İnflyasiya kredit və aktivlərə ziyan vuracaq, mərkəzi bankların buna faiz dərəcəsini artırmaqla reaksiya verməsi isə zəncirvari iflasa aparacaq.

8. Bu cür inflyasiya valyutalara da zərbə vura, qiymətli və nadir metallara tələbatı artıra bilər. Yeni satış bazarları meydana çıxdıqca gümüşün qiymətində kəskin artım olacaq.

9. Süni peyklərin köməyi ilə bütün dünya internetlə təmin olunacaq, inkişaf etmiş ölkələrdə təhsilin səviyyəsi yüksələcək. Xüsusilə kənd təssərrüfatı dronlarının tətbiqi dünyanın bir çox kəndində məhsuldarlığın ciddi şəkildə artmasını təmin edəcək.

10. Səhiyyə sisteminin profilaktika sahəsində böyük irəliləyişlər olacaq. Koronavirusa qarşı vaksinasiya prosesi prinsip etibarilə xərçəngin müalicəsindən az fərqlənir. Ona görə də COVİD-19-a qarşı yönəldilən kapital kütləsi xərçənglə mübarizəyə də böyük töfhə vermiş olacaq.

Mənbə: Forbes.com

ABŞ-da hər 33 saniyədə bir nəfər koronavirusdan öl...

  • 05 Yanvar 2021
  • comments

Yeni razılaşma, Azərbaycanın kvotası, qiymət artım...

  • 06 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ekologiya
  • Elm
  • Səhiyyə
  • Sosial
  • Texnologiya
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda