“Neftçi”yə yeni mümkün rəqiblər
UEFA Avropa Liqasının 2020-2021 mövsümündə yer alan Azərbaycan təmsilçisi “Neftçi” ikinci mərhələdə (17 sentyabr) Türkiyənin “Qalatasaray” komandasını qəbul edəcək. Bakılılar birinci mərhələdə evdə Şimali Makedoniyanın “Şkupi” komandasını ələyib (2:1). Novator.az bildirir ki, sentyabrın 1-də üçüncü ...
İki partiya qeydiyyata alındı
Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasını və Respublikaçı Alternativ Partiyasını dövlət qeydiyyatına alıb. Məlumat sentyabrın 1-də yayılıb. Bununla dövlət qeydiyyatına alınan partiyaların sayı 61-ə çatıb. Azərbaycanda siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Novator.a...
“Qarabağ” mərhələ keçsə…
Sentyabrın 1-də UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünün dördüncü raundunun püşkü atılıb. Azərbaycanı turnirdə “Qarabağ” komandası təmsil edir. “Qarabağ” birinci mərhələdə Şimali Makedoniyanın “Sileks” komandasını (4:0), ikinci mərhələdə Moldovanın “Şerif” klubunu (2:1) ələyib. Hər iki oyun Ba...
Valyuta ehtiyatı 225,9 milyon dollar artıb
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, sentyabrın 1-nə ehtiyatın həcmi 6 milyard 483,9 milyon dollar olub. Novator.az bildirir ki, 2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb, fevralın 1-nə ehtiyatın həcmi 6 milyard 340,8 milyon dollar, martın 1-nə 6 milyard 4...
Əli Həsənov sorğusuna nə cavab verilib?
Baş Prokurorluğun bu il iyunun 17-də yaydığı məlumatda bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundakı qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Araşdırma zamanı fondun vəzifəli şəx...
Taksidə bir əl təhlükəsi
Bakı Nəqliyyat Agentliyinin avqustun 31-də yaydığı rəsmi məlumata görə, taksi fəaliyyətinin tənzimlənməsi mövzusunda görüş keçirilib. Görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Univers...
Reportyorlar (88)
Firuzə Davudqızı *** Dilbər telefonun dəstəyini üstünə qoyub təbəssümlə ərinə doğru çevrildi. – Nəvəsi dünyaya gəlib Zivərin. Çox şükür! Bir sevinir, bir sevinir ki… İlahi… Səsindəki fərəhi bir duysaydın! Ənvərin bu xəbərə üzü nurlandı: – Qədəmləri mübarək olsun! Şükür Allah...
Manatın dollar xərci 5 milyardı keçdi
Dövlət Neft Fondu Mərkəzi Bankın avqust ayında keçirdiyi valyuta hərraclarında 478 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat sentyabrın 1-də yayılıb. Novator.az bildirir ki, 2020-ci ilin yanvar-avqust aylarının hərraclarında fonddan 5 milyard 3,7 milyon ABŞ dolları məbləğində vəsait ...
Nikah: 30 ilin rəsmi göstəriciləri
2020-ci ilin ilk yarısında Azərbaycanda 17841 nikah rəsmiləşib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2019-cu ilin ilk altı ayı ilə müqayisədə 40 faiz azdır. Ötən ilin yanvar-iyun aylarında 29391 nikah bağlanmışdı. Azalmanın əsas səbəbi kimi koronavirus pandemiyası fonunda tətbiq olun...
15-likdə kimlər var?
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Proses prezident İlham Əliyevin 31 avqust sərəncamı ilə başa çatıb, komissiyaya bu şəxslər təyinat alıb: Samir Nuriyev – Prezident Administrasiyasının rəhbəri Fuad Ələsgərov – prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orq...
Koronavirusun yarım ili
Avqustun 31-i Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 36435 nəfərə çatıb. Nazirlər Kabineti yanında operativ qərargahın hesabatına görə, onların 534-ü dünyasını dəyişib, 2054-ü müalicə olunur, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus x...
“Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışına video formatında qatılan prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi qarşısında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki,...
Neft Fondunun büdcəsi dəyişdi
Avqustun 31-də fərman imzalayan prezident İlham Əliyev Dövlət Neft Fondunun 2020-ci il büdcəsini yeniləyib. Novator.az-ın məlumatına görə, fondun gəlirləri 7,8 milyard manata düşür, xərcləri 12,4 milyard manata yüksəlir. 2020-ci ildə fondun gəlirləri 12,4 milyard manat, xərcləri 11,6 milyard manat o...
“Qalatasaray” Bakıya gəlir
UEFA Avropa Liqasının 2020-2021 mövsümündə yer alan Azərbaycan təmsilçisi “Neftçi”nin ikinci mərhələdəki (17 sentyabr) rəqibi bəlli olub. Novator.az bildirir ki, avqustun 31-də atılan püşkün nəticəsinə görə, bakılılar Türkiyənin “Qalatasaray” komandasını qəbul edəcək. 1905-ci ildə yaradılan “Qalatas...
İnzibati həbsdə 2 cəbhəçi qalır
Avqustun 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tural Atakişiyev 20 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb. O, avqustun 11-də tutulmuşdu. 30 sutkalıq cəzalar almış Yaşar Kərimov, Babək Muradov, Elnur Quliyev, Feyruz Rəhimov avqustun 30-da həbsdən buraxılıblar. 20...
Bakıda Norveç sınağı
Avqustun 31-də UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünün üçüncü mərhələsinin (15-16 sentyabr) püşkü atılıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”a Norveçdən “Molde” qismət olub. Oyun Bakıya salınıb. 1911-ci ildə yaradılmış “Molde” klubu dördqat Norveç çempionudur, dörd ...
İxrac icmalı açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni ixrac icmalı yayıb. Hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ixracı 9,1 milyard dollar olub. Qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon dollar dəyərində ixrac qeydə alındığı, bu sektorda ixracın ötən ilin yeddi ayı il...
Prezident partiyası seçkini uduzdu
Monteneqroda avqustun 30-da keçirilmiş parlament seçkisi hakim Sosialist Demokrat Partiyasının məğlubiyyəti ilə başa çatıb. Novator.az-ın məlumatına görə, prezident Milo Cukanoviçin liderlik etdiyi partiya 81 yerlik parlamentə 30 mandat əldə edib. İlkin nəticələrə əsasən, üç müxalif qüvvəni birləşdi...
“Jurnalistlər fəxri adı cəmiyyətdən yox, hökumətdən gözləyirlər”
Avqustun 31-də jurnalist Arif Əliyevin 60 yaşı tamam olur. 1960-cı ildə Bakıda doğulan Arif Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərinform”un (indiki AZƏRTAC) xüsusi müxbiri, “Molodyoj Azerbaydjana” qəzetinin şöbə müdiri, “Xazar” jurnalının baş redaktoru, “Svoboda...
Yeni hospital açılıb
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev hospitalın açılışına video formatında qatılıb. Ölkədə bu tipli daha 10 tibb ocağı var. Onların üçü...