2021-ci il Azərbaycanın bir çox tanınmış şəxsinə yubiley yaşı gətirir. Novator.az bildirir ki, Milli Məclisin deputatları Azay Quliyev, Razi Nurullayev, iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu, iqtisadçı, Nazirlər Kabineti Aparatının iqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov, siyasi analitik Elxan Şahinoğlu, jurnalistlər Məmməd Süleymanov, Oqtay Qorçu, Nazim Sabiroğlu, Arzu Soltan, Ləman Ələşrəfqızı, yazıçı, kulturoloq Aydın Xan, yazıçı-publisist Pərviz Cəbrayıl, ozan Araz Elsəs, müğənnilər Azərin, Aygün Kazımova, Faiq Ağayev, veteran futbolçu İqor Getman 50 yaşı geridə qoyurlar…
Prezident İlham Əliyev, deputatlar Musa Quliyev, Bəxtiyar Əliyev, Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, maliyyə naziri Samir Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müxalif siyasətçi, Qarabağ müharibəsi veteranı Tofiq Yaqublu, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, məhbus Cahangir Hacıyev, mühacir hüquqşünas Əlövsət Əliyev, informasiya texnologiyaları mütəxəssisi, ictimai xadim Osman Gündüz, jurnalistlər Rövşən Hacıbəyli, İbrahim Nəbioğlu, şair, jurnalist Əhməd Oğuz, jurnalist, nasir Elçin Hüseynbəyli, yazıçı-publisist Həmid Herisçi, idman icmalçısı Fikrət Adıgözəlli 60 yaşa çatırlar…
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar Rasim Musabəyov, Bəxtiyar Sadıqov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov, prezidentin köməkçisi, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, sabiq deputat Rəbiyyət Aslanova, hüquqşünas, iş adamı İlham Rəhimov, publisist Şakir Yaqubov, filosof Niyazi Mehdi, filoloq, publisist Ədalət Tahirzadə, müğənni Baloğlan Əşrəfov 70 illik yubileyə qədəm qoyurlar…
80 yaşı tamam olanlar arasında prezidentin işlər müdiri Oqtay Şahbazov, Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, sabiq baş nazir Fuad Quliyev, sabiq deputatlar Arif Rəhimzadə, Şahlar Əsgərov, hüquq müdafiəçisi Novella Cəfəroğlu, müğənni Flora Kərimova, qarmonçu Aftandil İsrafilov, televiziya aparıcısı Ofeliya Sənani var…
Deputatlar Ülvi Quliyev, Hikmət Babaoğlu, Jalə Əliyeva, müxalif siyasətçi Məmməd İbrahim, sabiq deputat Rza İbadov, jurnalistlər Alya, Rauf Arifoğlu, yazar, tərcüməçi Etimad Başkeçid, yazıçı, jurnalist Orxan Fikrətoğlu, xanəndə Cabir Abdullayev, müğənnilər Ədalət Şükürov, Xumar Qədimova 55 yaşı tamam olanlar arasında yer alırlar…
Baş nazir Əli Əsədov, deputat Tahir Kərimli, general-polkovnik Eldar Mahmudov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, politoloq Eldar Namazov, müğənni Ağadadaş Ağayev, futbol veteranı İsgəndər Cavadov 65 yaşı tamamlayırlar…
Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair, yazıçı, publisist Sabir Rüstəmxanlı, deputat, Rus İcmasının sədri Mixail Zabelin, Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov, şair Ramiz Rövşən, tənqidçi, ədəbiyyatşünas, türkoloq Kamil Vəli Nərimanoğlu, rejissor Ramiz Həsənoğlu, kino xadimi Ramiz Fətəliyev 75 yaşa nöqtə qoyurlar…