Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 106569 nəfər dünyaya gəlib. Bu, ötən ilin on ayı ilə müqayisədə 8,9% azdır.
Novator.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə Azərbaycanda 190353 uşaq doğulub.
1992-ci ildə doğum sayı 181364-ə düşüb və azalma 1997-ci ilə qədər çəkib:
1993-cü il – 174618
1994-cü il – 159761
1995-ci il – 143315
1996-cı il – 129247.
1997-ci ildə 132052 doğum rəsmiləşib, ardınca yenə eniş başlayıb:
1998-ci il – 123996
1999-cu il – 117539
2000-ci il – 116994
2001-ci il – 110356.
2002-ci ildə doğum 110715 nəfərə yüksəlib və artım start götürüb:
2003-cü il – 113467
2004-cü il – 131609
2005-ci il – 141901
2006-cı il – 148946
2007-ci il – 151963
2008-ci il – 152086
2009-cu il – 152139
2010-cu il – 165643
2011-ci il – 176072.
2012-ci ildə doğulanların sayı 174469 nəfər olub və eniş sonrakı illərdə də özünü göstərib:
2013-cü il – 172671
2014-cü il – 170503
2015-ci il – 166210
2016-cı il – 159464
2017-ci il – 144041
2018-ci il – 138982.
2019-cu ildə doğum sayında yüksəliş qeydə alınıb: 141179.
Ümumilikdə 1991-ci ildən bəri ölkədə 4,3 milyondan çox uşaq doğulub.