• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cərimə artımları qüvvəyə mindi

  • 26 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər prezident İlham Əliyevin imzası ilə rəsmiləşib. Yeniliklər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, eləcə də bu rejimlər dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulması üzrə cərimələri artırır.

Novator.az bildirir ki, qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimələnəcək.

Bu pozuntular bir ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutur.

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə həmin tələblərin pozulmasının qarşısını almamağa görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 300 manat məbləğində, hüquqi şəxslərə 600 manat məbləğində cərimə tətbiq ediləcək.

Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.

Azərbaycanda koronavirus pandemiyası üzündən xüsusi karantin rejimi hökm sürür. Sərhədlər qapadılıb, dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, başqa qadağalar qoyulub.

Dekabrın 14-dən ölkə üzrə bir çox sahədə iş və xidmətlər dayandırılıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış bağlanıb. Həmin ərazilərdə hərəkət məhdudiyyəti tətbiq edilib. Evdən çıxmaq üçün SMS icazə sistemindən istifadə etmək və ya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmaq gərəkdir.

Ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dövlət qulluğu və əmanət yenilikləri imzalanıb

  • 26 Dekabr 2020
  • comments

Yazıçı Əlabbas: “Yoluxdum, mənimlə də maraqlanan o...

  • 27 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda