• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

1950-yə doğru?

  • 25 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında nikahlar 2019-cu ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz azalıb. Bu, koronavirus pandemiyası üzündən tətbiq olunan karantin rejiminin təsiridir. Azərbaycanda toy mərasimləri martın 16-dan yasaqdır.

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov özünün “Facebook” səhifəsində yaydığı şərhdə nikahlarda azalmanın demoqrafik duruma mənfi təsir edəcəyini vurğulayır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, 2021-ci ildə Azərbaycanda doğulanların sayı 1950-ci ildən bəri ilk dəfə 100 min nəfəri keçməyə, hətta 80-90 min nəfərə düşə bilər: “Səbəb sərt karantin məhdudiyyətləridir. Son 50 il ərzində ən çox doğum 1991-ci ildə (190,3 min), ən az doğum 2001-ci ildə (110,3 min) qeydə alınıb. Axırıncı beş ildə hər il orta hesabla 140-150 min uşaq doğulub.

Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, o cümlədən müharibələrin və digər şokların demoqrafik dalğaları. Amma ən çox təsir edən amillərdən biri nikah sayıdır. Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr iki-dörd uşaq dünyaya gətirirdisə, indi bir-üç uşaqla kifayətlənir.

Nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub. Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmayıb. Bu isə gələn il doğulmayan on minlərlə uşaq deməkdir.

Sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğu bir halda ailələrin ikinci uşaq planlaşdırması da heç inandırıcı gəlmir.

Beləliklə, sərt karantin bir tərəfdən diriləri qorumur (həm də öldürür, çünki onun özünün ayrıca öldürücü gücü zəif deyil), digər tərəfdən uşaqların doğulmasının qarşısını alır. Belə azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir və bu mövzunu diqqət mərkəzində saxlamalıyıq”.

2020-ci il noyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 121 min 809 nəfər olub. Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-oktyabr aylarında 106 min 569 doğulan körpə qeydə alınıb, 29580 nikah rəsmiləşib.

“Moderna”: bu şirkət və onun vaksini haqda nə bili...

  • 25 Dekabr 2020
  • comments

İqtisadiyyatda pandemiya küləyi

  • 25 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda