• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tramp üçün “ikinci andiçmə mərasimi” hazırlanır

  • 23 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Donald Trampın minlərlə tərəfdarı alternativ “andiçmə mərasimi” keçirməyi planlaşdırır.

74 yaşlı Donald Tramp 4 ildir ABŞ-a rəhbərlik edir.

O, 2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisinə Respublikaçılar Partiyasının namizədi kimi qatılıb və ümumxalq səsverməsi zamanı Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edib. 2016-cı il dekabrın 19-da Seçicilər Kollegiyasındakı respublikaçı çoxluq da Donald Trampa səs verib. 2017-ci il yanvarın 6-da Konqres bu səsvermənin nəticəsini təsdiqləyib. Yanvarın 20-də Donald Tramp prezident kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.

ABŞ-da prezident 4 illiyə seçilir.

2020-ci il noyabrın 3-də ölkədə növbəti prezident seçkisi keçirilib. Bu dəfə Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasının 78 yaşlı namizədi Cozef Baydenlə mübarizə aparıb. Ümumxalq səsverməsi zamanı Bayden Trampı məğlub edib. Dekabrın 14-də Seçicilər Kollegiyasındakı demokrat çoxluq da Cozef Baydenə səs verib. 2021-ci il yanvarın 6-da Konqres bu səsvermənin nəticəsini təsdiqləməli, yanvarın 20-də Cozef Bayden prezident kimi and içərək səlahiyyətlərinin icrasına başlamalıdır.

Xarici ölkə başçılarının əksəri Baydeni yeni seçilmiş prezident kimi təbrik etsə də, Tramp hələ bu qələbəni tanımayıb. Bəzi məlumatlara görə, Tramp hələ də Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasına imkan verməmək fikrindədir. Onun Konqresin 2021-ci il yanvarın 6-da keçiriləcək iclasını pozmağa, iclasda yekun qərar çıxarılmasına mane olmağa çalışdığı haqda xəbərlər dolaşır.

Belə bir məqamda Donald Trampın minlərlə tərəfdarının ondan ötrü “ikinci andiçmə mərasimi” keçirməyə hazırlaşdığı bəlli olub.

Novator.az saytının məlumatına görə, bu haqda İsrailin “Haaretz” qəzetində yazı dərc edilib.

Yazıda deyilir ki, Tramp üçün “andiçmə mərasimi” 2021-ci il yanvarın 20-nə, yəni Cozef Baydenin prezident kimi and içəcəyi günə təyin edilib.

Mərasimi virtual keçirmək nəzərdə tutulub. Artıq “Facebook” şəbəkəsində “Donald Trampın ikinci andiçmə mərasimi” adlı səhifə açılıb. Məlumata görə, indiyədək 63 min istifadəçi bu virtual tədbirə qatılacağını bildirib.

Tədbirin təşkilatçıları heç bir rəsmi siyasi qrupla əlaqələrinin olmadığını iddia edirlər. Onların bununla bağlı şəbəkədə yerləşdirdikləri bəyanatda deyilir: “Biz prezident Donald Trampı dəstəkləyən 325 min nəfərlik qrupun üzvləriyik. Heç bir rəsmi təşkilata aidiyyətimiz yoxdur”.

Lakin Böyük Britaniyanın “İndependent” onlayn nəşri yazıb ki, alternativ “andiçmə mərasimi”nin təşkilatçılarından biri Evi Kokalari bu il Trampın seçki kampaniyasında iştirak edib və müntəzəm şəkildə sağçıların televiziya şoularına, o cümlədən “One ​​America News Network” kanalındakı şoulara qatılıb.

“One ​​America News Network” qatı sağçı mövqedə duran kabel televiziyasıdır. Bu kanal Donald Trampın müdafiəsi məqsədilə yaradılıb və 2013-cü ilin iyulundan fəaliyyət göstərir.

Mənbə: Haaretz.com

“Varlı uşaq, ağıllı uşaq” “Xoşbəxtliyi çatdırmaq” ...

  • 23 Dekabr 2020
  • comments

Partiyaların maliyyələşməsi: sistem necə yenilənir...

  • 23 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda