BMT-nin 2020-ci il üzrə İnsan İnkişafı İndeksində ömür uzunluğu reytinqinə Honkonq başçılıq edir: 84,9 il.
Novator.az-ın məlumatına görə, Yaponiya 84,6 illə ikinci, İsveçrə 83,8 illə üçüncü yerdə göstərilir.
Sinqapur və İspaniyada orta ömür uzunluğu 83,6 il, İtaliyada 83,5 il, Avstraliyada 83,4 il, İslandiya, İsrail və Cənubi Koreyada 83 ildir.
Hesabata əsasən, Azərbaycanda orta ömür uzunluğu 73 il həddindədir.
Yaxın ölkələr orta ömür uzunluğu göstəricisinə görə belə sıralanır:
Estoniya – 78,8 il
Türkiyə – 77,7 il
İran – 76,7 il
Litva – 75,9 il
Latviya – 75,3 il
Ermənistan – 75,1 il
Belarus – 74,8 il
Gürcüstan – 73,8 il
Qazaxıstan – 73,6 il
Rusiya – 72,6 il
Ukrayna – 72,1
Moldova – 71,9 il
Özbəkistan – 71,7 il
Qırğızıstan – 71,5 il
Tacikistan – 71,1 il
Türkmənistan – 68,2 il.
Təhsil almaq imkanları, sosial rifah meyarlarına da əsaslanan İnsan İnkişafı İndeksində Norveç, İrlandiya, İsveçrə, Honkonq, İslandiya öndə dururlar.
Azərbaycan 189 ölkənin salındığı siyahıda 88-cidir.