BMT İnsan İnkişafı İndeksi yayıb. Novator.az-ın məlumatına görə, sağlamlıq və ömür uzunluğu, təhsil almaq imkanları, sosial rifah meyarlarına əsaslanan rəsmi hesabatda ən yaxşı beş ölkə belə sıralanır: Norveç, İrlandiya, İsveçrə, Honkonq, İslandiya.
189 ölkənin salındığı siyahını Niger qapayır.
Estoniya İnsan İnkişafı İndeksində 29-cu, Litva 34-cü, Latviya 37-ci, Qazaxıstan 51-ci, Rusiya 52-ci, Belarus 53-cü, Türkiyə 54-cü yerdədir.
Gürcüstan 61-ci, İran 70-ci, Ukrayna 74-cü, Ermənistan 81-ci, Azərbaycan 88-ci, Moldova 90-cı, Özbəkistan 106-cı, Türkmənistan 112-ci, Qırğızıstan 120-ci, Tacikistan 125-cidir.