• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə, yoxsa Rusiya?

  • 11 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri

Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin atəşkəs bəyannaməsi rəsmiləşən gündən – noyabrın 10-dan sosial şəbəkələrdə məqsədli və mütəşəkkil şəkildə belə bir təbliğat aparılır ki, biz Rusiyanın qarşısına çıxa bilməzdik, Rusiya bizi əzərdi, məhv edərdi, başqa yol qalmamışdı. “Tarix ən yaxşı müəllimdir” deyirlər. Zamanında bu məsələyə tarix özü qiymət verəcək. Ona görə də indi belə mövqe sahibləri və onların tərəfdarları ilə söz güləşdirmək niyyətində deyiləm. Məni narahat edən Rusiya ilə bağlı davam edən təbliğatdır, fikrimcə, onunla ən azı üç məqsəd güdülür: Rusiya olduğundan çox böyüdülür; Rusiyadan qorxu və bu fonda təslimçilik hissi formalaşdırılır; Rusiyaya yaxın olmaq üçün zəmin yaradılır. Müşahidələr göstərir ki, bütün bunlar Kremllə əlaqəli olan Bakı mənşəli mərkəzlərdən idarə olunur.

Əslində vəziyyət necədir? Rusiya gerçəkdənmi güclüdür?

Türkiyənin Azərbaycanın yanında olması bizim üçün nə deməkdir?

Heç şübhəsiz ki, Azərbaycan ayrılıqda Rusiya ilə rəqabət aparmaq gücündə deyil. Bəs Türkiyə ilə birlikdə olanda necə, rəqabət apara bilərmi? Söhbət müharibədən deyil, texnoloji inkişafdan və rəqabətdən gedir.

Beynəlxalq nüfuz, təhlükəsizlik və təsir dairəsində Türkiyə daha üstün mövqedədir. Türkiyə NATO-nun sadəcə üzvü deyil, qurumda ikinci güclü ordusu olan ölkədir.

Regionda nüfuz və təsir dairəsinə görə Türkiyə daha böyük potensiallı görünür. Türk xalqlarının beynəlxalq səviyyədə tanınmış müstəqil dövlətləri (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan), Şimali Kiprdə oturuşmuş cümhuriyyəti, Rusiya Federasiyasının, Çinin, Moldovanın tərkibində muxtar qurumları, İranda Güney Azərbaycan, İraqda türkmən toplumları var.

İqtisadiyyatında adambaşına bölüşdürülən resurslarına görə Türkiyə daha güclü və potensiallı ölkədir. 2021-ci il üçün adambaşına büdcə xərcləri Türkiyədə 2186 dollar, Rusiyada 2004 dollar proqnozlaşdırılır.

Növbəti ildə adambaşına düşəcək müdafiə xərcləri Türkiyədə 344 dollar, Rusiyada 288 dollar olacaq. Türkiyənin hərbi sənaye kompleksi Rusiyadan texnoloji baxımdan daha yüksək, Silahlı Qüvvələri isə daha müasir təlimlidir. Sadəcə Türkiyə nüvə dövləti deyil. Rusiya hərbi cəhətdən qüdrətli dövlət olsa da, Türkiyənin hərbi sənaye kompleksi inkişafda, Rusiyanın hərbi sənaye kompleksi tənəzzüldədir. Bunu 2020-ci ilin Qarabağ müharibəsi texnoloji müstəvidə daha aşkar və aydın göstərdi.

Dünya Bankının qiymətləndirmələrinə görə, Türkiyədə orta ömür uzunluğu 77 il, Rusiyada 72 ildir. Türkiyənin dünya üzrə ilk 1500 universitet siyahısına düşən 43 ali təhsil ocağı var. Əhalisinin sayı Türkiyədən 1,75 dəfə çox olan Rusiya həmin siyahıda 48 universitetlə təmsil olunur.

Əsla bu müqayisələrlə Türkiyənin Rusiyadan güclü olmasını sübut etmək, eyni zamanda Rusiyanın Azərbaycan üçün iqtisadi əhəmiyyətini inkar etmək niyyətim yoxdur, amma Türkiyə Rusiya ilə müqayisədə zəif ölkə deyil, hətta daha potensiallıdır. Türkiyə texnoloji baxımdan getdikcə güclənən, Rusiya isə geri qalan ölkələr sırasındadır. Müasir dünyada texnologiyalara kim sahibdirsə, o güclüdür.

Türkiyə ilə Azərbaycanın hərbi müttəfiqlik sazişi olsa, rus da, fars da, ingilis də bizimlə hesablaşacaq…

Müəllifin başqa yazıları:

Manat niyə qeyb olub?

Neft Fondunun qaydasız idarəçiliyi

Daldan atılan daş

Havaya güllə atmaq

Virus zəif yerdən vurur

“Forbes”: Erməniləri sarsıdıcı məğlubiyyətdən sonr...

  • 11 Dekabr 2020
  • comments

Deputat Adolf Hitler adını dəyişmək fikrində deyil

  • 11 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda