• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ Kuril adalarında yaşayanları Yaponiya vətəndaşı kimi qeydə alır

  • 09 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

ABŞ Dövlət Departamenti Kuril adalarında doğulan rusiyalıları Yaponiya vətəndaşları kimi qeydə alır.

Novator.az saytı Rusiyanın Vesti.az saytına istinadla bildirir ki, məsələni gündəmə Yaponiyanın “Hokkaido Shimbun” qəzeti gətirib.

Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamentinin internet səhifəsində yerləşdirilən, qrin-kart (yaşıl kart) lotereyasında iştiraka dair şərtlərdə bildirilib ki, Kuril adalarının qrin-kart alıb ABŞ-da yaşamaq istəyən sakinləri qeydiyyata düşmək üçün öz doğum yerlərini Yaponiya kimi göstərməlidirlər. Saxalin adalarının sakinləri üçün belə bir şərt qoyulmayıb. Qrin-kart almaq istəyən Saxalin sakinləri Rusiya vətəndaşları kimi qeydiyyata düşə bilərlər.

Kurillə bağlı məsələ Rusiyanın ciddi narazılığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib: “1945-ci il qərarı ilə Kuril adaları SSRİ-nin nəzarətinə keçib. Bu gün ABŞ Dövlət Departamenti İkinci Dünya müharibəsinin nəticələrini şübhə altına alır”.

Rəsmi Moskva hədələyici tonda xəbərdar edərək ABŞ-ı “qırmızı xətti” keçməməyə çağırıb.

Kuril adaları Rusiyanın şərqindəki Kamçatka yarımadası ilə Yaponiyanın şimalındakı Hokkaydo adası arasında adalar qrupudur. Oxot dənizini Sakit okeandan ayıran Kuril onlarla irili-xırdalı adadan ibarətdir. Uzunluğu təqribən 1200 kilometr, sahəsi təqribən 15,6 milyon kvadrat kilometrdir.

Kuril adaları hazırda Rusiya Federasiyasının tərkib hissəsi sayılır. Adalarda əsasən ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar. Onlar Rusiya vətəndaşıdırlar.

Kuril adaları XIX əsrin ikinci yarısından XX əsrin ikinci yarısınadək Yaponiyanın tabeliyində olub. İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqı adalara sahiblənib.

Xüsusilə SSRİ dağılandan Yaponiya Kuril adalarını geri almaq istəyir.

Mənbə: Vesti.ru

Dünya, yaxın ölkələr, Azərbaycan

  • 09 Dekabr 2020
  • comments

Pomidor və alma qadağasında parad izi?

  • 09 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda