• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əlavə ödəniş istəyirlər? – TƏBİB-ə müraciət et

  • 07 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb ediməsinə dair müəyyən müzakirələr aparılır.

Dekabrın 7-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bununla bağlı açıqlama yayıb.

Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir: “Bütün xəstəxanalarda müayinə və müalicə prosesi tamamilə dövlət hesabına həyata keçirilir. Xüsusi rejimli xəstəxanaların hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilib.

COVİD-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın molekulyar mikrobioloji laboratoriyada gün ərzində 20 minədək test tam ödənişsiz, dövlət hesabına aparılır.

Bununla yanaşı, tibb müəssisələrimizin bir hissəsi 44 günlük Vətən müharibəsində yaralanan qazilərimizə tibbi xidmət göstərməyə davam edir”.

Daha sonra açıqlamada vurğulanır: “Təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan da çəkinmirlər”.

Vətəndaşları həmin şəxslərin qanunla cəzalandırılmasında yaxından iştirak etməyə çağıran TƏBİB müraciət edən hər kəsin konfidensiallığının qorunacağına, eyni zamanda əsaslı faktların toplanaraq hüquq mühafizə orqanlarına göndəriləcəyinə zəmanət verir: “Qeyd edilən hallara məruz qaldığınız və ya rastlaşdığınız zaman bu əlaqə vasitələri ilə bizə məlumat verməyinizi xahiş edirik – email: [email protected]; telefon: +994 51 513 15 42”.

Koronavirusla mübarizə üçün yeni plan: “Həyat qalx...

  • 07 Dekabr 2020
  • comments

Dörd polkovnikə general rütbəsi verildi

  • 07 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Texnologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda