UEFA Çempionlar Liqasında qrup mərhələsinin beşinci turu start götürüb. Novator.az-ın məlumatına görə, dekabrın 1-də keçirilmiş oyunlarda C qrupundan “Portu” (Portuqaliya) və D qrupundan “Liverpul” (İngiltərə) 1/8 finala adlayıblar.
A qrupundan “Bavariya” (Almaniya), C qrupundan “Mançester Siti” (İngiltərə), E qrupundan “Çelsi” (İngiltərə) və “Sevilya” (İspaniya), G qrupundan “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) 1/8 final vəsiqəsini ötən həftə təmin ediblər.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar növbəti raunda bilet alır, üçüncü yerin sahibi Avropa Liqasına köçür.
Mənbə: Uefa.com