Nazirlər Kabineti yanında operativ qərargahın 30 noyabr hesabatında Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 121176 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 1392 nəfər göstərilib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki, aylar üzrə yoluxma və itki belə rəsmiləşib:
fevral – 3 yoluxma
mart – 295 yoluxma, 5 ölüm
aprel – 1506 yoluxma, 19 ölüm
may – 3690 yoluxma, 39 ölüm
iyun – 12030 yoluxma, 150 ölüm
iyul – 14354 yoluxma, 235 ölüm
avqust – 4557 yoluxma, 86 ölüm
sentyabr – 3794 yoluxma, 57 ölüm
oktyabr – 15040 yoluxma, 139 ölüm
noyabr – 65907 yoluxma, 662 ölüm.