• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropada vaksinasiya hazırlığı

  • 30 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen koronavirua qarşı mübarizədə, nəhayət ki, tunelin sonunda işıq göründüyünü bəyan edib.

Ursula fon der Lyayen bunu deyəndə virusa qarşı vaksin sınaqlarının uğurla nəticələndiyini nəzərdə tutur.

Novator.az saytı “Euronews” kanalına istinadla xəbər verir ki, Ursula fon der Lyayen Avropada kütləvi vaksinasiyaya hazırlıq görülməsinə çağırıb: “İndi ən vacibi budur – vaksinasiya. Avropa Birliyinə üzv dövlətlər buna hazır olmalıdır. Biz milyonlarla inyeksiyadan danışırıq. Vaksinasiya üçün mərkəzlər təşkil edilməli, bu işi həyata keçirəcək əməkdaşlar hazırlanmalıdır. Bütün bunlar tez bir zamanda hazır olmalıdır”.

Avropa Dərman Agentliyinin direktoru Emer Koki bildirib ki, o, vaksin sınaqlarının uğurlarından çox ümidlənib və vaksinasiyaya başlamaq üçün işlərin qaydasında getdiyinə əmindir.

Emer Koki vaksinasiyaya yeni ilədək başlanacağını güman edir.

Dərman istehsalçıları bəyan ediblər ki, tənzimləyici orqanlar lisenziya verən kimi vaksin dozalarını qablaşdırıb istehsala buraxacaqlar.

Avropada bu prosesə həm də virusun yayılmasının yeni dalğasının (üçüncü dalğa) qarşısını almaq məqsədilə tələsirlər. Çünki yeni il bayramları zamanı insanlar arasında təmaslar istər-istəməz artacaq, bu isə üçüncü dalğanın ortaya çıxmasına səbəb ola bilər.

Hazırda dünyada koronavirusa qarşı bir sıra peyvəndlər sınaqdan keçirilir. Bunlardan ən məşhurları ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə hazırladığı vaksin, həmçinin ABŞ-ın “Moderna” şirkəti ilə Böyük Britaniyanın “Oxford/AstraZeneca” şirkətinin ayrı-ayrılıqda hazırladığı vaksinlərdir. Bu vaksinlər könüllülərər üzərində sınaqdan keçirilir. İndiyə qədərki sınaqlar zamanı “Pfizer”-“BioNTech” və “Moderna” şirkətlərinin vaksinləri 90 faizdən çox, “Oxford/AstraZeneca” şirkətinin vaksini isə 70 faiz effekt verib. Hələ ki, heç bir şirkət öz vaksinini kütləvi istehsala buraxmaq üçün rəsmən lisenziya almayıb.

Mənbə: Euronews.com

Ən çox qoyulan adlar

  • 30 Noyabr 2020
  • comments

Böyük beşlikdə

  • 30 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda