2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 195 ölkə, ərazi və məkanda 1,4 milyondan çox adamın ölümünə səbəb olub.
İlk yoluxmanın bu il fevralın 28-də qeydə alındığı Azərbaycanda 1256 xəstə dünyasını dəyişib. Bu, Qırğızıstanın göstəricisi ilə eynidir.
Novator.az bildirir ki, yaxın ölkələr arasında İran 46689 itki ilə ilk sırada durur.
Rusiyada 38062, Türkiyədə 13014 koronavirus xəstəsi vəfat edib.
Beynəlxalq statistika Ukraynanın itkisini 11909 nəfər göstərir.
Moldovada 2229, Ermənistanda 2090, Qazaxıstanda 1990, Gürcüstanda 1161 koronavirus itkisi rəsmiləşib.
Digər yaxın ölkələr itki sayına görə belə sıralanır:
Belarus – 1128 ölüm
Özbəkistan – 607
Litva – 449
Latviya – 188
Estoniya – 99
Tacikistan – 86.
Mənbə: www.worldometers.info