2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 195 ölkə, ərazi və məkanda 1 milyon 354,8 mindən çox adamın ölümünə səbəb olub.
İlk yoluxmanın bu il fevralın 28-də qeydə alındığı Azərbaycanda 1030 xəstə vəfat edib. Ölkə itki sarıdan 74-cü yerdədir.
Novator.az bildirir ki, itki siyahısına 256 min 262 ölümlə ABŞ başçılıq edir.
Yaxın ölkələrdən İran 8-ci pillədə göstərilir (42 min 941 ölüm).
Rusiyada (13-cü yer) 34 min 387 nəfər, Türkiyədə (20-ci yer) 11 min 820 nəfər koronavirusa qurban gedib.
Beynəlxalq statistikanın 24-cü yerdə göstərdiyi Ukraynada 10 min 112 ölüm qeydə alınıb.
Moldova 2072 ölümlə 49-cu, Qazaxıstan 1945 ölümlə 53-cü, Ermənistan 1839 ölümlə 55-ci, Qırğızıstan 1217 ölümlə 66-cıdır.
Digər yaxın ölkələr itki baxımından belə sıralanır:
Belarus – 1067 ölüm, 71-ci yer
Gürcüstan – 815 ölüm, 80-ci yer
Özbəkistan – 601 ölüm, 84-cü yer
Litva – 323 ölüm, 98-ci yer
Latviya – 137 ölüm, 117-ci yer
Tacikistan – 86 ölüm, 132-ci yer
Estoniya – 85 ölüm, 133-cü yer.
Mənbə: www.worldometers.info