• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gülalıyev “Yeni klinika”da

  • 18 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 17-də Bakıdakı “Yeni klinika”ya yerləşdirilib. Bu barədə məlumat yayan oğlu Təbriz Gülalıyev atasının koronavirus testinin pozitiv çıxdığını bəyan edib.

Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti də təsdiqləyib.

Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurub. Həmin gün o, Kliniki Tibbi Mərkəzdə ilkin yardım alıb, koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, noyabrın 20-də, 2020-ci il yanvarın 10-da və iyunun 24-də başından əməliyyat olunub.

Noyabrın 8-də hüquq müdafiəçisi Bakıya gətirilib. Ev şəraitində müalicə olunan xəstənin səhhətində geriləmə yarandığı üçün xəstəxanaya köçürülməsi zərurəti yaranıb.

Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. Rəsmi məlumata görə, hüquq müdafiəçisi 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Kənan Abdullayev Nəsimi Rayon Məhkəməsində mühakimə olunur. O, yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinir.


Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Oqtay Gülalıyevin durumu

Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib

Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü

Oqtay Gülalıyev İstanbula aparıldı

Oqtay süni nəfəs aparatından çıxarılıb

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay əməliyyat olundu

Oqtay Gülalıyev palataya köçürülüb

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

Komada olan hüquq müdafiəçisi gözünü açıb

Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb

“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü

Üçüncü əməliyyat

Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib

Oqtay yaxşılaşır

Oqtay Gülalıyev necədir?

Oqtay Gülalıyev dördüncü dəfə başından əməliyyat olunub

Mehman Əliyev baş prokurora müraciət edib

Prokuror yenilik vəd edir

Oqtay Gülalıyevin səhhəti pisləşib

Əli İldırımoğlu vəfat edib

  • 18 Noyabr 2020
  • comments

Rusiyada koronavirus böhranı – CNN həyəcan d...

  • 18 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda