Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 1005 nəfərə yüksəlib. Noyabrın 17-də belə hesabat yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 79158 nəfər göstərir: onların 21259 nəfəri aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki, aylar üzrə yoluxma və itki belə rəsmiləşib:
fevral – 3 yoluxma
mart – 295 yoluxma, 5 ölüm
aprel – 1506 yoluxma, 19 ölüm
may – 3690 yoluxma, 39 ölüm
iyun – 12030 yoluxma, 150 ölüm
iyul – 14354 yoluxma, 235 ölüm
avqust – 4557 yoluxma, 86 ölüm
sentyabr – 3794 yoluxma, 57 ölüm
oktyabr – 15040 yoluxma, 139 ölüm
noyabr – 23889 yoluxma, 275 ölüm.