• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İctimai iştirakçılığın təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanıb

  • 17 Noyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin son mərhələsini başa çatdırıb.

Təşkilatın sədri Ziba Nəbiyeva Novator.az-a deyib ki, layihənin sonuncu komponenti çərçivəsində “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi praktikası ilə bağlı aparılan tədqiqatların nəticələri media resurslar üzərindən araşdırılıb, ictimai iştirakçılığın əsas forması olan ictimai şuraların səmərəli fəaliyyətinə mane olan faktorlar incələnib və əldə olunan məlumatlar, ekspertlərin rəyləri və layihə rəhbərinin şəxsi təcrübəsi əsasında qanunun təkmilləşdirilməsinə dair tövsiyələr hazırlanıb.

2014-cü ilin iyununda qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun və bu qanunun tətbiqi barədə prezidentin fərmanı, Nazirlər Kabinetinin 2014-cü ildə qəbul etdiyi 171 və 172 saylı qərarlarla təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamə” və “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydası” ictimai iştirakçılıq üzrə münasibətləri tənzimləyən əsas normativ hüquqi aktlar kimi çıxış edir.

Qanun vətəndaşların dövlət işlərinin idarə olunmasında bilavasitə iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına yönəlib.

İctimai iştirakçılığın əsas prinsipləri qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm və bərabərlikdir.

Ziba Nəbiyeva vurğulayıb ki, qanunda ictimai iştirakçılığın bir sıra formaları (ictimai şura; ictimai müzakirə; ictimai dinləmə; ictimai rəyin öyrənilməsi; hüquqi aktların layihələrinin ictimai müzakirəsi; yazılı məsləhətləşmə) nəzərdə tutulub: “Amma ictimai iştirakçılıq növlərindən yalnız ictimai şuralar daimi fəaliyyət göstərən təsisatdır. Bütün digərləri isə zəruri hallarda tətbiq edilir”.

Ziba Nəbiyevanın sözlərinə görə, tədqiqatlar və müşahidələr mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında qarşılıqlı səmərəli fəaliyyətin təşkili, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınması məqsədilə yaradılan ictimai şuraların fəaliyyətinin qənaətbəxş olmadığını göstərir: “Qanunun praktiki tətbiqi zamanı ortaya çıxan ziddiyyətli məqamlar ictimai iştirakçılığın effektini azaldır və bəzən də bu iştirakçılığı formal bir prosesə çevirir. Qanun 2014-cü ildən qüvvəyə minsə də, onun tətbiqi barədə pezident fərmanının 1.1.2-ci (qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb prezidentə təqdim etmək) və 1.1.3-cü (qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təklifləri hazırlayıb prezidentə təqdim etmək) bəndlərinin icrası təmin edilməyib”.

Ziba Nəbiyeva qeyd edib ki, ictimai nəzarətin gücləndirilməsi və idarəetmədə vətəndaşların iştirakı məsələləri son illər rəsmi dövlət hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir: “Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə ictimai nəzarətin önəmini və hazırda qənaətbəxş səviyyədə olmadığını söyləyib. Prezident ictimai nəzarət mexanizmlərinin işlənməsi və hökumətin bu məsələ ilə bağlı təkliflərini təqdim etməsini də vurğulayıb.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin ictimai nəzarətin gücləndirilməsiylə bağlı çağırışlara dəstək olaraq hazırladığı tövsiyələr ictimai şuraların formalaşması – seçkilərin təşkili və keçirilməsi proseslərində şəffaflığın təmin edilməsi, seçkilər barədə verilən elanlara əlçatanlığın asanlaşdırılması, ictimai şura üzvlərinin fəaliyyətinin təbliği və stimullaşdırılması, ictimai şuranın səlahiyyət müddətinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanı və onun yanında yaradılan məşvərətçi qurumun qarşılıqlı effektiv əməkdaşlıq münasibətlərini tənzimləyən işlək mexanizmlərin yaradılması, formal ictimai iştirakçılığın aradan qaldırılması istiqamətində təşəbbüsləri əhatə edib. Sonda təkliflər sənədi baxılması üçün Milli Məclisə təqdim olunacaq”.

Şuşa yolunda

  • 17 Noyabr 2020

Makroiqtisadi göstəricilər

  • 17 Noyabr 2020

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

Rəylər

Do not miss

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Xəbər

Rəsmilərin maaşı yenilənir

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
ManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
Xəbər

Xəzər sammiti

comments
Dünyanın səsiManşetXəbər

NATO 32 yolunda

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə nə qədər xəstə var?

comments
Xəbər

Minsk qrupunda qadın diplomat

comments
Xəbər

“Əmək pensiyaları haqqında” qanun yeniləndi

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetXəbər

NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır

comments
ManşetXəbər

Dotasiya alan və almayan bölgələr

comments
ManşetXəbər

Büdcə zərfi, icra qanunu

comments
AktualManşetXəbər

Cəmil Həsənliyə Təbriz sorağı

comments
Xəbər

Yoluxmanın 2 il 4 ayı

comments
AktualManşetXəbər

Yarım ilin populyar adları

comments
ManşetXəbər

Kəlbəcərdə çıxış

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
AktualAktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
AktualDünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda