2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın son rəsmi hesabatında yoluxanların ümumi sayı 75688 nəfər göstərilib: onların 967-si vəfat edib, 19571 nəfəri aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.
Novator.az bildirir ki, beynəlxalq statistikaya görə, 195 ölkə, ərazi və məkanda 1 milyon 324,5 min nəfər infeksiyanın qurbanı olub. Yaxın ölkələrdə itki sayı belədir:
İran – 41493 nəfər
Rusiya – 33186
Türkiyə – 11507
Ukrayna – 9603
Moldova – 2019
Qazaxıstan – 1899
Ermənistan – 1763
Qırğızıstan – 1203
Belarus – 1046
Gürcüstan – 703
Özbəkistan – 598
Litva – 277
Latviya – 123
Tacikistan – 85
Estoniya – 81.
Mənbə: www.worldometers.info