Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə yekun qərarı dekabrın 3-nə saxlayıb. Son qərar noyabrın 12-də çıxarılmalı idi.
Novator.az bildirir ki, Bakının Nizami Rayon Məhkəməsinin sentyabrın 3-də verdiyi hökmlə siyasətçiyə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Tofiq Yaqublu Bakı Apellyasiya Məhkəməsinə şikayətində bəraət istəyir.
Bu il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılıb. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”
Professor Tofiqin təhlükədə olduğunu yazır
Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır
Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb
Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azad olmaq Tofiq bəyin haqqıdır”
Tofiq Yaqublu palataya köçürülüb
Aclığın 14-cü günü: vəziyyət gərgindir
Tofiq Yaqublu sudan da imtina edə bilər
Yoldaşı Tofiq Yaqubluya baş çəkib
Aclıq davam edir, yeni müayinə və müraciət var
Tofiq Yaqublu: azadlıq məsələsinə bu gün baxılır