Nazirlər Kabineti yanında operativ qərargahın son hesabatına görə, Azərbaycanda 16702 koronavirus xəstəsi var.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Yoluxanların sayı 68594 nəfər göstərilir: onların 51007-si müalicə olunaraq sağalıb, 885-i vəfat edib.
Novator.az bildirir ki, beynəlxalq statistikaya əsasən, dünyada 14 milyon 474 mindən çox şəxs koronavirusdan müalicə alır. ABŞ-da xəstə sayı 3,8 milyonu, Fransada 1,6 milyonu, İtaliyada 613 mini, Braziliyada 521 mini, Hindistanda 491 mini ötüb.
Yaxın ölkələr aktiv xəstə sayına görə belə sıralanır:
Rusiya – 436010 nəfər
Ukrayna – 259402
İran – 139299
Türkiyə – 46295
Ermənistan – 40576
Litva – 21419
Moldova – 16642
Gürcüstan – 16184
Belarus – 16069
Qazaxıstan – 7960
Qırğızıstan – 7866
Latviya – 7272
Özbəkistan – 2134
Estoniya – 2054
Tacikistan – 561.
Mənbə: www.worldometers.info