
Milli Strateji Düşüncə Mərkəzi (MSDM) Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanata münasibət bildirib. Novator.az-ın məlumatına görə, noyabrın 10-da aparılmış müzakirələrdən sonra yayılan rəsmi açıqlamada qeyd olunur ki, sənəd ilk növbədə qəhrəman Azərbaycan Ordusunun son həftələrdəki möhtəşəm qələbələrinin etirafıdır: “Qısa müddətdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, qəsəbələri, yüzlərlə kəndi və strateji yüksəkliyi işğaldan azad edən şanlı ordumuz Xankəndiyə daxil olmaq ərəfəsində, Əsgəran, Xocalı, Ağdam, Laçın, Kəlbəcəri və digər torpaqları azad etmək gücündə və əzmində idi. Bunun nəticəsidir ki, üçtərəfli birgə bəyanatda işğalçı dövlətin Ağdam, Laçın Kəlbəcər rayonlarından çıxmalı olduğu qeyd edilib, Naxçıvana yolun açılacağı nəzərdə tutulub. MSDM bu müddəaları yüksək qiymətləndirir.
Belə bir mərhələdə – ordumuz tam qələbəyə, dövlətimiz bütün ərazisi üzərində suverenliyini bərpa etməyə çox yaxın olduğu bir şəraitdə zəfər yürüşünün dayandırılması məntiqsizdir. Rusiya Ordusunun “sülhməramlı” adı altında Azərbaycan torpaqlarında yerləşdirilməsi konstitusiyamızın ruhuna və hərfinə zidd, müstəqilliyimizə təhlükədir.
Türkiyənin bu mərhələdə prosesdən kənarda saxlanması Azərbaycanın mövqeyini ciddi şəkildə zəiflədir. Azərbaycan bu razılaşmanın təhlükə və ziyanlarını minimuma endirmək üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi səylər göstərməlidir”.
MSDM hesab edir ki, Türkiyənin də sülhməramlı kimi prosesə və bölgəyə cəlb edilməsinə; Azərbaycan-Türkiyə strateji birliyini və qardaşlığını qüvvətləndirməyə, ölkəmizə müxtəlif səpkidə dəstək verən Gürcüstan, Ukrayna, Pakistan, İsrail və digər dövlətlərlə əlaqələri genişləndirməyə; son aylar nümayiş etdirilən milli birliyin qorunub gücləndirilməsinə nail olmaq lazımdır.
Milli Strateji Düşüncə Mərkəzinə İsa Qəmbər sədrlik edir.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun 1 qəsəbəsi və 35 kəndi, keçmiş Ağdərə rayonunun Tərtərə aid 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanatı əsasında noyabrın 10-dan münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır.
Razılaşmaya görə, Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarır.
Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara geri qayıdır.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı
Cenevrə görüşünün anonsu verildi
Xalqa müraciət. 26 oktyabr 2020
İşğalçı orduda rəhbər dəyişikliyi
“Hər bir halda bu torpaqları qaytaracağıq”
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”
Düşmən Bərdəni yenə raketlə vurub
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“İnterfaks” agentliyinə müsahibə
Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO
İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO
Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”
Ermənistanın iki hücum təyyarəsi məhv edildi
Azadlıq bölgələrində komendantlıqlar yaradılır
Vətən müharibəsində yeni qələbələr
Baş Prokurorluğun yeni hesabatı
Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO
Kasetli bombalardan necə müdafiə olunmalı?
“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”
Düşmənin daha bir təyyarəsi məhv edilib
Qarabağda birtərəfli jurnalisti ifşa etmək
“O, müharibənin dayanmasını istəmir”
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Vətən müharibəsində yeni uğurlar
Müdafiə Nazirliyinin bilgiləri
Prezident: “Onlar hər şeyi rədd etdilər”
Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər
Baş Prokurorluğun 6 noyabr hesabatı
Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə
Xalqa müraciət, 8 noyabr 2020-ci il
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Noyabrın 9-da azad olunan ərazilər
Sülh razılaşması Ermənistanı qarışdırıb
Sülh bəyanatı necə qarşılanır?