• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“The Moscow Times”: Rusiyalılar öz vaksinlərinə inanmırlar

  • 10 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiŞərh

Rusiya vətəndaşları koronavirusa qarşı yerli vaksinə yaydakından daha az inanırlar. Hökumət Rusiya vaksininə ümid vəd etsə də, “Levada” mərkəzinin avqust-oktyabr aylarında keçirdiyi sorğu peyvənd etmək istəməyən Rusiya vətəndaşlarının sayının 54%-dən 59%-ə qalxdığını göstərib.

Rusiyanın koronavirus əleyhinə vaksininə inamsızlıq daha çox Moskva sakinləri arasındadır. Sorğuya görə, Moskvada peyvənd etdirmək istəyənlər avqust ayında 40% idisə, oktyabrda bu nəticə 31%-ə enib.

Novator.az-ın məlumatına görə, “Levada”nın keçirdiyi son sorğuda ali təhsili respondentlərin yalnız 29%-i Rusiya vaksinindən istifadəyə tərəfdar çıxıb. Avqustda bu nəticə 36% idi.

“Levada” mərkəzinin sosioloqu Denis Volkova görə, nəticələr onu göstərir ki, Rusiya rəsmiləri böyük klinik sınaqlar keçirilmədən, effektivliyi və təhlükəsizliyi dəqiqləşmədən tələsik hazırlanmış vaksinə vətəndaşların inamını qazana bilməyiblər.

Ötən həftələrdən artıq COVİD-19 vaksinləri minlərlə konüllu üzərində test edilməyə başlanıb.

Denis Volkov “Open Media”ya açıqlamasında deyib: “İnsanlar Rusiyanın digər ölkələri yönləndirməsini istəyirlər, amma biz o qədər öndə ola bilmərik”.

Sosioloq vurğulayıb ki, insanların vaksinə münasibətini dəyişmək üçün vaksinin, onun hazırlanması üsulunun özündə vacib dəyişikliklər edilməlidir: “Bu isə hələ baş verməyib”.

“Levada”nın sorğusuna görə, avqustda rusiyalıların 38%-i pulsuz, könüllü peyvənddən istifadə etmək istəyirdi. Oktyabrda bu göstərici 36%-ə enib. Deməli, hələ də rusiyalıların yarıdan çoxu koronavirusa qarşı peyvənd vurdurmaq istəmir və vaksinin Rusiyada, ya başqa yerdə istehsal olunmasının buna aidiyyəti yoxdur.

Karantin rejiminin hökm sürdüyü Rusiyada ötən ay COVİD-19-a rekord sayda yoluxma və virusdan ölüm halları olub. Amma yerli vaksinə şübhələr yenə çoxdur.

Senytabr ayının əvvəlində yoluxanların sayı gündə 5 min nəfər idisə, indi 18 minə çatıb. Bu müddət ərzində ölumlərin sayı günə orta hesabla 100 nəfərdən 300 nəfərə çatıb.

“Open Media”nın qeyd etdiyinə görə, “Levada” sorğunu oktyabrın 22-28-də 1601 nəfər arasında keçirib.

Sergey Kiselyov

Mənbə: “The Moscow Times”

Hasilat və qiymət

  • 10 Noyabr 2020
  • comments

“Əl-Cəzirə”: ABŞ-da seçkinin nəticəsi nə vaxt təsd...

  • 10 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda