ABŞ-da prezident seçkisi başa çatsa da, səsvermənin nəticəsi rəsmən təsdiqlənməyib. Bəs nəticə nə vaxt təsdiqlənib hüquqi qüvvəyə minəcək? “Əl-Cəzirə” kanalının internet səhifəsində bununla bağlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
ABŞ-dakı prezident seçkisində səsvermə başa çatdı. Bundan sonra ştatlar təqvimə uyğun qaydada öz səslərinin sayını rəsmən təsdiqləyəcəklər.
Donald Tramp bəzi yerlərdə səslərin yenidən sayılmasını və nəticələrin təsdiqlənməsinin yubadılmasını istəyir, amma vaxt artıq Trampın əleyhinə işləyir.
Vaşinqtonda seçki məsələləri üzrə hüquqşünas kimi çalışan Kris Sautter söyləyib ki, bu cür hallarda, bu məqamda səslərin yenidən sayılmasını tələb etmək olar, amma onların təsdiqlənməsini durdurmaq olmaz.
Kris Sautter “Əl-Cəzirə”yə müsahibəsində bildirib: “İndi iş təşviqatçıların boynuna düşüb və onlar sadəcə riyazi hesablamalar aparırlar”.
Miçiqanda respublikaçıların açdığı məhkəmə prosesində demokratları təmsil edən Sautter deyib ki, Tramp açıq-aşkar bu prosesi uzatmaq istəyir. Bu ştatların hər hansı birində Trampın hətta bir möcüzə sayəsində səsvermənin nəticələrini dəyişmək imkanı olsa belə, bu, seçkinin nəticələrini dəyişməyə kifayət etmir.
Noyabrın 10-u bütün ölkə üzrə ştatlar nəticələrin təsdiqlənməsi prosesinə başlaya bilər və bu proses ştatların qanunvericiliyindən asılı olaraq ayın sonuna qədər yekunlaşa bilər.
Seçkinin nəticələri yalnız bir neçə ştatda yenidən nəzərdən keçirilir. Kris Sautter bildirib ki, çox güman, Corciya və Viskonsin ştatlarında səslər yenidən sayılacaq.
Digər ştatlarda səslərin təsdiqlənməsinə mane olmaq, yaxud vaxtı uzatmaq istəyən Tramp çətin mübarizə ilə üz-üzədir.
Rəqabətin demək olar ki, bərabər getdiyi əsas bölgələrdə noyabr və dekabr ayları üzrə tarixlər aşağıdakı kimi verilib:
Arizona
Seçki dairələri artıq bu gündən nəticələri təsdiqləyə bilərlər. Noyabrın 23-nə qədər, yəni səsvermənin başlandığı tarixdən etibarən 20 gün içində nəticələr təsdiqlənə bilər. Seçkinin dördüncü bazar ertəsi günü, yəni noyabrın 30-u nəticələr seçki dairələri tərəfindən dövlət katibinə təqdim olunacaq və o, nəticələri təsdiqləyəcək.
Pensilvaniya
Noyabrın 10-u bölgə katibləri qeyri-rəsmi hesabatlar verəcəklər. Səslər rəsmən təsdiq olunmazdan əvvəl ayrı-ayrı dairələrdə səslərin yenidən sayılması üçün namizədlərə 5 gün vaxt verilir. Səslər nə zaman yenidən tam sayılırsa, o zaman təsdiqlənir.
Seçicilər səslərin yenidən tam, yaxud qismən sayılması tələbi ilə 5 gün ərzində yerli məhkəmələrə müraciət edə bilərlər. Onlar ilkin sayılmadakı səhvləri əsas gətirməlidirlər. Qanuna əsasən, səslərin yenidən sayılması noyabrın 24-dək yekunlaşmalıdır.
Miçiqan
Qanuna əsasən, ştat təşviqat şurası seçkidən 20 gün sonra, noyabrın 23-ü dövlət katibinin kabinetində toplaşmalıdır. Dövlət katibi bu gündən, yəni noyabrın 10-dan seçicilərin bəyanatlarını prezidentə və vitse-prezidentə çatdıra bilər.
Corciya
Buradakı qanunun tələbinə görə, əvvəlcə dövlət katibi, sonra qubernator seçkinin nəticələrini 17 gün ərzində, yəni noyabrın 20-dək təsdiqləməlidir.
Buna baxmayaraq tutarlı səbəb olarsa, məhkəmə vaxtı dəyişə bilər.
Namizədlər həmçinin səhvlər, yaxud qeyri-dəqiqliklər haqqında konkret sübutlarla dövlət katibinə müraciət edib səslərin yenidən sayılmasını tələb edə bilərlər. Bu zaman səslərin yenidən sayılması gözləniləndir.
Viskonsin
Yerli seçki dairələri dekabrın 1-dək nəticələri təsdiqləməli və ştat qubernatoruna təqdim etməlidirlər. Qubernator dekabrın 14-dək seçicilərin adlarını açıqlamalıdır.
Təkrar sayılma üçün tələb qaldırılarsa, bu, ilkin sayılma başa çatdıqdan sonar, həm də bir günün içində baş verməlidir və 13 gün ərzində bu proses sona çatmalıdır. 2016-cı ildə səslərin yenidən sayılması nəticəsində Tramp cəmi 131 səslə irəli keçmişdi.
Uilyam Roberts
Mənbə: Aljazeera.com