2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın 4 noyabr hesabatında yoluxanların ümumi sayı 59509 nəfər, xəstəlikdən ölənlərin ümumi sayı 780 nəfər, aktiv xəstə sayı 13032 nəfər göstərilib.
45697 xəstənin müalicə olunaraq sağaldığı vurğulanır.
Novator.az bildirir ki, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 57, oktyabrda 139, noyabrda 50 nəfər koronavirusun qurbanı olub.