Axtarış-xilasetmə əməliyyatları bitdi
- 04 Noyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Dünyanın səsiXəbər
Türkiyənin İzmir şəhərində axtarış-xilasetmə əməliyyatları başa çatıb. Noyabrın 4-də www.trthaber.com belə xəbər yayıb.
Novator.az bildirir ki, yeni rəsmi hesabatda oktyabrın 30-da baş vermiş 6,6 ballıq zəlzələdə 17 binanın çökdüyü, 114 nəfərin həlak olduğu vurğulanır.
Xəsarət alanların sayı 1035 nəfər göstərilir: onların 137-si xəstəxanalardadır.