• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Associated Press”: Qərb ölkələri Belarus rejiminə qarşı

  • 04 Noyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Qərb ölkələrinin təmsilçiləri BMT-nin İnsan Hüquqları Şurasında keçirilən müzakirədə Belarusda baş verən əsassız həbsləri, eləcə də repressiyanın digər formalarını kəskin tənqid ediblər.

ABŞ səfiri Belarusun hakim dairələrini şiddətli represiyaya son qoymağa çağırıb. Şuranın “Dünya üzrə dövri baxış” adı ilə tanınan prosesinin gedişatında Belarusun ünvanına iradlar səsləndirilib. Qeyd edək ki, adıçəkilən proses çərçivəsində hər dörd-beş ildən bir dünya ölkələrində insan haqlarının durumu ilə bağlı ətraflı təhlil aparılır.

Təhlil minlərlə etirazçının Belarusun paytaxtı Minskdə küçələrə axışmasından sonra aparılıb. Uzun müddətdən bəri prezident kürsüsündə əyləşən Aleksandr Lukaşenkonun istefasını tələb edən nümayişçilərə qarşı polislər səs bombalarından istifadə ediblər və izdihamı dağıtmaq üçün havaya atəş açıblar.

Avqustun 9-u Lukaşenko açıq-aşkar saxta yolla 6-cı dəfə prezident seçilib. Lukaşenkonun tanınmış, təcrübəsiz rəqibi Svetlana Tixanovskayaya qarşı qazandığı qələbə onun 26 illik hakimiyyəti müddətində ən geniş və ən davamlı etirazçı dalğasının meydana çıxmasına səbəb olub.

Seçkidən bəri 15 min insan həbs olunub, hüquq müdafiəçiləri söyləyirlər ki, onlardan 100-ü siyasi məhbusdur.

Fransa səfiri Fransua Rivaso bildirib ki, onun ölkəsi Belarusda insan haqlarının durumundan hədsiz narahatdır. Səfir Belarus hökumətini seçkiyə görə həbs edilən bütün insanları azadlığa buraxmağa çağırıb.

Amerikanın BMT Təşkilatlarının Cenevrə Bölməsi üzrə səfiri Endryu Bremberq Belarus hakimiyyətini öz xalqına qarşı şiddətli repressiyanı dayandırmağa çağırıb və 9 avqust prezident seçkisini “dələduzluq” adlandırıb.

Belarusun səfiri Yuri Ambrazeviç bildirib ki, prezident seçkisindən sonra onun ölkəsində mürəkkəb vəziyyət yaranıb. O, əlavə edib ki, Belarusun rəsmi şəxsləri seçkiləri artıq müzakirə ediblər. Yuri Ambrazeviç bu həftənin bazar ertəsi günü küçəyə çıxan etirazçılara müraciət edərək bildirib ki, Belarusun məsələsini “yalnız seçkidən sonra baş verən hadisələrin müzakirəsi”nə çevirməsinlər. “Bu Belarus xalqının müstəsna hüququdur” deyən Ambrazeviç vurğulayıb: “Belarusun arzuları var və bütövlükdə cəmiyyətimizin balanslaşdırılmış maraqlarına əsaslanan sülhü bərpa etmək üçün iradəmiz, mühüm vasitələrimiz mövcuddur”.

Ceymi Kiten

Mənbə: “Associated Press” 

Paytaxtda nə qədər işsiz var? (Rəsmi)

  • 04 Noyabr 2020
  • comments

Axtarış-xilasetmə əməliyyatları bitdi

  • 04 Noyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda