2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın son hesabatına əsasən, xəstəlik 753 nəfərin ölümünə səbəb olub: martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 57, oktyabrda 139, noyabrda 23 nəfər dünyasını dəyişib.
Novator.az bildirir ki, www.worldometers.info-da yayılan beynəlxalq statistika 193 ölkə, ərazi və məkanda koronavirusdan ölənlərin sayının 1,2 milyon nəfəri keçdiyini göstərir. Yaxın ölkələr itki sayına görə belə sıralanır:
İran – 35738 nəfər
Rusiya – 28473
Türkiyə – 10402
Ukrayna – 7375
Qazaxıstan – 1857
Moldova – 1818
Ermənistan – 1391
Qırğızıstan- 1155
Belarus – 989
Özbəkistan – 571
Gürcüstan – 342
Litva – 170
Tacikistan – 82
Latviya – 77
Estoniya – 73.