Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Ermənistan silahlı qüvvələri oktyabrın 29-da və ötən gecə cəbhə bölgələrində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub: “Döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində gedib, düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cavab tədbirləri nəticəsində düşmənin xeyli canlı qüvvəsi, iki Su-25 təyyarəsi, üç T-72 tankı, bir PDM-i, iki “Smerç” və bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, müxtəlif tipli on topu, iki “Qvozdika” özüyeriyən haubitsası, bir “Osa” zenit-raket kompleksi, bir P-18 radiolokasiya stansiyası, dörd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb”.
Başqa bir xəbərdə qeyd olunur ki, oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur, Azərbaycan Ordusu adekvat tədbirlər görür.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl şəhəri və rayonun 68 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 40 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi (keçmiş Ağdərə rayonu ərazisindəki kəndlər), Qubadlı şəhəri və rayonun 14 kəndi, həmçinin Ağdərə və Kəlbəcər istiqamətlərində strateji yüksəkliklər azad olunub.
Əməliyyatlar davam edir…
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı
Cenevrə görüşünün anonsu verildi
Xalqa müraciət. 26 oktyabr 2020
İşğalçı orduda rəhbər dəyişikliyi
“Hər bir halda bu torpaqları qaytaracağıq”
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”
Düşmən Bərdəni yenə raketlə vurub
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“İnterfaks” agentliyinə müsahibə
Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO
İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO
Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”
Ermənistanın iki hücum təyyarəsi məhv edildi