• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO

  • 30 Oktyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Video

Bərdə və Tərtər rayonlarında dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Smerç”lərdən biri oktyabrın 29-u saat 15:18 radələrində, digər ikisi oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Müdafiə Nazirliyi “Smerç”lərin məhv olma anlarının videolarını da təqdim edib.

Düşmən Bərdə və Tərtəri oktyabrın 27-də və 28-də “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Tərtərdə ölən olmayıb. Bərdədə isə ümumilikdə 26 nəfər həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl şəhəri və rayonun 68 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 40 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi (keçmiş Ağdərə rayonu ərazisindəki kəndlər), Qubadlı şəhəri və rayonun 14 kəndi, həmçinin Ağdərə və Kəlbəcər istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Əməliyyatlar davam edir…

Xudafərində VİDEO

  • 30 Oktyabr 2020
  • comments

Noyabr havası

  • 30 Oktyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetVideo

Orda bir evim var/Там есть мой дом

comments
Video

“Aynur” filmi

comments
Video

Перекрёсток VİDEO

comments
Video

“Coğrafiya müəllimi” filmi

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
ManşetVideo

Orda bir evim var/Там есть мой дом

Son materiallar

comments
ManşetVideo

Orda bir evim var/Там есть мой дом

comments
Video

“Aynur” filmi

comments
Video

Перекрёсток VİDEO

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda