• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xitam tələbi

  • 29 Oktyabr 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Oktyabrın 29-u Bakı Apellyasiya Məhkəməsində siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə hazırlıq iclası keçirilib. Azadliq.org-un məlumatına görə, prosesdə çıxış edən Tofiq Yaqublu həbsinin siyasi sifariş olmasının şübhə doğurmadığını vurğulayıb: “Elə sifarişi icra etmək üçün də əvvəl müstəntiq saxtakarlıq elədi, sonra məhkəmə saxtakarlığı davam etdirdi. Bu cinayət işi başdan-ayağa saxtadır və ona xitam verilməsini tələb edirəm”.

Vəkillər birinci instansiya məhkəməsində Tofiq Yaqublunun müdafiə hüququnun pozulduğunu, ona ifadə vermək üçün şərait yaradılmadığını, həmçinin şahid ifadələrinin protokollarda təhrif edildiyini deyərək apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması, yenidən dindirmələrin keçirilməsi) baxılması haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb.

Tofiq Yaqublunun avtomobilinin və mobil telefonunun özünə qaytarılması barədə vəsatətə də yox deyilib. Avtomobil və mobil telefon paytaxtın Nizami Rayon Polis İdarəsində saxlanır.

Məhkəmə prosesi noyabrın 12-də davam edəcək.

Bu il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılıb. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir.

Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb

Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azad olmaq Tofiq bəyin haqqıdır”

Tofiq Yaqublu palataya köçürülüb

Aclığın 14-cü günü: vəziyyət gərgindir

Tofiq Yaqublu sudan da imtina edə bilər

Yoldaşı Tofiq Yaqubluya baş çəkib

Aclıq davam edir, yeni müayinə və müraciət var

Tofiq Yaqublu: azadlıq məsələsinə bu gün baxılır

Tofiq Yaqublu azad edildi

Tofiq Yaqublunun məhkəməsi: bir vəsatət təmin olundu

Azadlıq bölgələrində komendantlıqlar yaradılır

  • 29 Oktyabr 2020
  • comments

Çinarlı qanunu imzalandı

  • 29 Oktyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda