Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasının qrup raundunda ikinci oyununu keçirib. Novator.az-ın məlumatına görə, İ qrupunda yarışan ağdamlılar oktyabrın 29-u Türkiyənin İstanbul şəhərində İspaniyanın “Vilyarreal” klubuna 1:3 hesabı ilə uduzub.
Türkiyənin “Sivasspor” komandası İsrail “Makkabi”sini (Tel-Əviv) qəbul edib. Həmin oyunda qonaqlar üstün gəlib – 2:1.
İki turdan sonra ispanlar və israillilər 6 xal yığıb, sivaslılar və ağdamlılar xalsızdır.
Qalan oyunların təqvimi belədir:
5 noyabr
“Sivasspor” – “Qarabağ”
“Vilyarreal” – “Makkabi”
26 noyabr
“Qarabağ” – “Sivasspor”
“Makkabi” – “Vilyarreal”
3 dekabr
“Qarabağ” – “Makkabi”
“Sivasspor” – “Vilyarreal”
10 dekabr
“Vilyarreal” – “Qarabağ”
“Makkabi” – “Sivasspor”.
Növbəti mərhələyə çıxmaq üçün qrupda azı ikinci yeri tutmaq gərəkdir.
Azərbaycanda UEFA bayrağı altında oyunlar keçirilməsi müvəqqəti yasaqlandığı üçün “Qarabağ” ev oyunlarını neytral meydanda keçirməli olur.