Koronavirus: ölənlərin sayı 700-ü haqlayır
- 28 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Nazirlər Kabineti yanında operativ qərargahın 28 oktyabr hesabatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 52137 nəfərə, xəstəlikdən ölənlərin sayı 699 nəfərə çatıb.
Aktiv xəstə sayı 9405 nəfər göstərilir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 57, oktyabrda 108 xəstə vəfat edib.